Beynəlxalq Valyuta Fondu (BVF)

BVF (uyğun olaraq ing. - İMF) 1944-cü ildə Nyu-Hempşir, Bretton-Vudsda imzalanan müqavilə (1969-cu və 1978-ci illərdə düzəlişlər edilmişdir) ilə yaradılan hökumətlərarası təşkilatdır. BVF-yə üzvlük Dünya bankına üzvlüyün şərtləri ilə eynidir. Hazırda 181 ölkə BVF-nin üzvüdür.
Fondun əsas məqsədi - xəzinə siyasəti sahəsində beynəlxalq əməkdaşlığa kömək etmək və beləliklə beynəlxalq ticarətin genişlənməsinə şərait yaratmaq. Bu daimi forum ölkələrin iqtisadi və maliyyə fəaliyyətini əlaqələndirir. Fond yalnız ayrı-ayrı ölkələrin problemlərinə deyil, həm də beynəlxalq valyuta sisteminin də işinə diqqət verir. Beynəlxalq valyuta sistemində baş verən dəyişikliklər həddində BVF də BMT-yə üzvlüyü və təşkilat prinsiplərini saxlamaqla dəyişiklik edir. Fond tənzimləyən və maliyyə funksiyalarını yerinə yetirir.
Üzvlər iqtisadi əxlaq kodeksinə riayət etmələrinə razılıqlarını bildirirlər, valyuta dəyişmə əməliyyatlarında sazişlərin təmin edilməsi məqsədilə valyuta kurslarının stabilliyini saxlamaq və milli və dünyəvi çiçəklənmələrə mənfi təsir göstərə biləcək məhdudlaşdırılmalara yol verməmək, Fondla və öz aralarında əməkdaşlıq etmək. BVF dəyişmə kursları üzərində nəzarət siyasəti aparmağa, üzv-ölkələrdə müvəqqəti balans defisitini aradan qaldırılması üçün istifadə olunan xarici valyutanın ümumi fondunu yaratmağa borcludur. Məlum maliyyə yardımı qısamüddətli yaxud orta müddətli - ölkələrə, onların tətbiq etməməyə borclu olduqları ticari yaxud ödəmə məhdudiyyətlərinə məruz qalmayaraq balans defisitini aradan qaldırmağa imkan yaradır. Fondun vəsaitlərindən istifadə edərək ölkələr tərəfindən keçirilən nizamlama siyasəti bu ölkələrin kredit qabiliyyətini təmin edir və onların maliyyə bazarlarına daxil olmalarını asanlaşdırır. 1969-cu ildə Fond ehtiyat vahid qismində SDR-i (alınmış xüsusi hüquq - ing. spesial drawning rights - red. qeydi.) dövriyyəyə daxil etdi. Bir SDR təqribən 0,70 amerika dollarına bərabərdir.
Fondun işi İdarəetmə şurası, İcraiyyə şurası, sərəncamçı-direktor və ştat işçiləri tərəfindən həyata keçirilir.
Fondun üzvü olan hər bir ölkə İcraiyyə şurasında qərarları qəbul edən, baş orqan sayılan idarə başçısı və onun müavini ilə təmsil olunmuşdur. İcraiyyə şurası hər il çağırılır, lakin İcraiyyə şurasının qərarına əsasan idarə başçıları sessiyalar arası müddətdə poçt yaxud teleqraf vasitəsilə vacib məsələlər üzrə səsvermə keçirə bilərlər. BVF-nin üzvü olan ölkələrin bütün səsləri Fondun maliyyə mənbələrində iştirakından asılıdır və dünya iqtisadiyyatında ölkənin yerini göstərir (məsələn, ticarətdə, ümumi milli məhsulda və valyuta ehtiyatlarında). Fondun gündəlik işi Vaşinqtondakı qərargahda aparılır, Kolumbiya dairəsi isə sərəncamçı direktorun idarə etdiyi iyirmi dörd icraedici direktordan ibarət İcraiyyə şurası ilə idarə edilir. Ən böyük hissələr və buna görə də ən çox səs rəhbərliyi təyin edən bu beş ölkəyə məxsusdur - Birləşmiş Ştatlara, Böyük Britaniyaya, Almaniyaya, Fransaya və Yaponiyaya. Bununla belə üç icraçı direktoru ayrılıqda Çin, Rusiya və Səudiyyə Ərəbistan təqdim edir. On altı icraçı direktor isə BVF-nin üzvü olan dövlətlər yaxud qrup dövlətlər tərəfindən seçilir.
Rəhbərlik şurasının siyasəti İcraiyyə şurasının üzvlərindən ibarət olan iki nazirlər komitəsinin rəyi ilə qurulur: Rəhbərlik şurasının beynəlxalq valyuta sistemi məsələləri üzrə müvəqqəti komitəsi və Dünya bankının və Beynəlxalq valyuta fondunun nağd vəsaitin inkişaf etmiş ölkələrə köçürülməsi üzrə Birləşmiş nazirlər komitəsi (İnkişaf üzrə komitə). Müvəqqəti komitə və İnkişaf üzrə komitə ildə iki dəfə çağırılır: yazda - Fondun Vaşinqtondakı qərargahında və payızda Fondun və bankın illik qurultaylarında.
BVF-nin Parisdə, Cenevrədə və Nyu-Yorkda daimi nümayəndəlikləri vardır.

Mübadilə kursu siyasəti
70-ci illərin əvvəllərindən beynəlxalq valyuta sistemi ciddi transformasiyalara məruz qaldı. Birləşmiş Ştatlar 1971-ci ildə dolları qızıla yaxud başqa ehtiyat valyutaya konversiya etməkdən imtina edəndən sonra qızıl-valyuta bərabər nisbəti əsasında bağlanmış Bretton-Vudsk sazişi gərəksiz oldu. Nəticədə ölkələr yeni mübadilə tədbirləri görməli oldular - sazişin maddələrinə şərtləşdirilmiş ikinci düzəliş (1978) situasiyası. İnkişaf etmiş böyük ölkələr SDR-ə, yaxud başqa valyutaya bağlanmış əsas valyutanın başqa "səbətinə" dəyişən mübadilə kurslarının tətbiq edilməsinin tərəfdarı oldular. Avropa valyuta sisteminin üzvləri (uyğun olaraq ing. EMS) onların qrupları daxilində başqa valyutalara nisbətən valyuta kursunun dəyişməsinin təyin olunmuş hüdudlarına riayət etməyi öhdələrinə götürüblər. Bununla belə valyuta kursları bu qruplara daxil olmayanların valyutalarına nisbətən dəyişə bilər.

Konsultasiyalar
Fond adətən hər il üzv-ölkələri onların iqtisadi və maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə konsultasiya edir. Konsultasiyalar özləri Fondun ekspertləri və hökumət nümayəndələri arasında görüşlər keçirir və Fonda üzv olan ölkələrin ərazilərinə keçirlər. BVF-nin mütəxəssisləri məlum görüşlərin nəticələrinə əsaslanaraq ölkələrin iqtisadi siyasəti və vəziyyəti haqqında məruzələri tərtib edir və baxılmaq üçün İcraiyyə şurasına təqdim edir. Sonra şura məruzələri müzakirə edir və şərh edir. Katib şuranın rəyini müəyyənləşdirir, sonra üzv-ölkənin Fonddakı nümayəndəliyinə təqdim edir.

Paylar və vəsait
Fondun malik olduğu vəsait qayda üzrə ölkələrin üzvlük haqlarından yığılır. Üzvlük haqqının məbləği dünya iqtisadiyyatında ölkənin nüfuzunu əks etdirən pay sistemi ilə müəyyən edilir. Paylar həm də üzv-ölkənin səsinin təsirini, Fondun vəsaitinə daxil olan əmanətin məbləğini, bu vəsaitə daxil olma dərəcəsini və SDR-in tutulmasını müəyyən edir.
Əmanətlər əsas vəsaiti təşkil edir və kreditlərlə tamamlanır. 1962-ci ildə qüvvəyə minən borclar haqqında Ümumi sazişə müvafiq olaraq (uyğun olaraq ing. GAB), BVF-nin üzvü olan on ölkə plyus İsveçrə (on bir millətdən ibarət "Onluq qrupu" təşkil edir) Fond üçün kredit xətti açdılar. Alma haqqında Ümumi qanun dövri olaraq yeniləşdirildi və Səudiyyə Ərəbistanı 1984-cü ildə on bir ölkəyə birləşdi.
BVF 1977-ci ildə almanın Yeni sıra sistemi təsisatını (təsdiq edilməli olan) uzlaşdırdı (uyğun olaraq ing. NAB), buna müvafiq olaraq iyirmi dörd ölkə, əgər beynəlxalq pul sisteminin iş qabiliyyətini təmin etmək yaxud stabilliyi pozan səbəbləri aradan qaldırmaq üçün əlavə vəsait tələb olunarsa ümumi məbləği 34 milyard SDR ( təqribən 48 milyard amerika dolları) dəyərində olan kredit verməyi öhdələrinə götürürlər. NAB sisteminin üzvləri Avstraliya, Avstriya, Belçika, Danimarka, İspaniya, İtaliya, Kanada, Koreya, Küveyt, Lüksemburq, Malayziya, Niderland, Norveç, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Finlandiya, Fransa, AFR-in Mərkəzi bankı, İsveç milli bankı, İsveçrənin milli bankı, və Yaponiyadır.

Maliyyə xidmətləri
Fondun üzvlərinin, Fondun müvəqqəti yaxud daimi şəraitlərdə ki, üzv-dövlətlərə onların ödəmə balanslarının defisitlərini aradan qaldırmaq üçün proqramı yerinə yetirməyə imkan verməsi üçün təqdim etdiyi maliyyə vəsaitlərinə çıxışları olur. Əməliyyatlar mexanizmi bu ardıcıllıqla aparılır. Üzv-ölkə ödəmə balansının defisitini aradan qaldırmaq üçün yaxud tükənməkdə olan ehtiyatlarının tamamlanmasına sərf edə biləcəyi, BVF-nin (yaxud SDR-in) üzvü olan başqa ölkələrin valyutasını Fonddan "almaq" üçün milli valyutasından istifadə edir. Əgər üzv-dövlətin ödəmə balansı yaxud ehtiyat vəziyyəti yaxşılaşarsa, Fondun üzv-dövlətin valyutasını satması halları istisna olmaqla, məlum Fonddan SDR yaxud başqa ölkələrin valyutasını almaqla mövcud götürmə sxemi ilə, təyin olunmuş müddət ərzində yaxud daha tez dövlət Fondun borcunu ödəməlidir. Kredit Fonddan dörd tranş ilə çıxarılır, hər tranş payın 25%-i ekvivalentində olur.
Ölkədə əgər istehsalatda, ticarətdə, qiymət formalaşmasında kompleks problemlər nəticəsində yaranmış balans defisiti olarsa, onda iqtisadi tarazlığın bərpası prosesi tranşın verə biləcəyindən çox vaxt və vəsait tələb edir. Belə olan halda BVF-nin üzvü olan dövlət, üzv-ölkələrə ilk kredit tranşının tamamlanmasına 140%-ə qədər Pay almağa imkan verən vaxtı uzadılmış kreditlər Fondunun yardımından faydalana bilər. Ölkənin hansı kredit verilmədən yararlanmasından asılı olaraq - Fondun vaxtı uzadılmış kredit tranşları yaxud vəsaitləri - kredit normalan üzrə təqdim olunan vəsaitlər stend-bay kreditləri yaxud vaxtı uzadılmış kreditlər adlandırılır. Qayda üzrə kredit bir illiyə verilir, amma bu vaxt üç il müddətinə qədər uzadıla bilər. Tranşlar üçün borclar üç ildən beş ilə qədər müddətdə, vaxtı uzadılmış kreditlər üçün olan borclar isə dörd ildən on ilə qədər olan müddətdə ödənilir.
Üzv-ölkə Fondun vəsaitlərindən maliyyə yardımı alarkən balans defisitinin aradan qaldırılması üçün bir sıra tədbirləri tətbiq etməyə borcludur və bu qayda ilə borcun ödənməsini təmin etmiş olur. Fondun siyasətindəki bu tələb şərtlənmə prinsipi adlanır. Fondun mütəxəssisləri ölkənin daxili, sosial, siyasi, iqtisadi və ümum-mədəniyyət şəraitlərini diqqət mərkəzində saxlayaraq iqtisadi tarazlığın yaradılması proqramlarını işləyib hazırlamaqda üzv-ölkələrə kömək edirlər. Həm tranşlar üzrə, həm də vaxtı uzadılmış kreditlər üzrə xidmətə görə kreditin 0,5 % -i həcmində birdəfəlik rüsum tutulur, plyus ödənilməmiş kreditin illik tarifi üzrə vergi.
Fond həmçinin xüsusi məqsədlər üçün də vəsait ayırır: vəsait buraxmanın kompensasiyasına və bufer ehtiyatının formalaşdırılmasına. Vəsait buraxmanın kompensasiyası qayda üzrə malların qiymətinin düşməsi yaxud təbii fəlakətlər, həmçinin pis hava şəraitləri kimi nəzarətsiz hallarda ixracatdan gələn gəlirlərinin müvəqqəti defisiti olan ölkələrə verilir. Məlum vəsaitləri 1981-ci ildə böyük xərclərlə taxılçılıq mədəniyyətini idxal etməklə balans defisitini təcrübədən keçirən ölkələrin maliyyələşdirilməsinə tətbiq etməyə başladılar. Bufer ehtiyatının maliyyələşdirilməsi (payın 45%-ə qədəri) dünya əmtəə bazarlarında vəziyyəti stabilləşdirməyə qadir olan, beynəlxalq bufer ehtiyatını müstəqil surətdə hazırlamaq iqtidarında olmayan ölkələrə verilə bilər.

Struktur yenidənqurması
Fond az gəliri və ödəmə balansı defisitində ciddi problemləri olan üzv-ölkələrdə struktur yenidənqurması həyata keçirmək üçün vəsait ayırır. Belə ölkələr orta müddətli struktur yenidənqurması proqramını qəbul etməyə borcludurlar.

SDR (xüsusi götürmə hüququ)
SDR Fond tərəfindən yaradılan əlavə ehtiyat vahidi qismində beynəlxalq vahiddir. SDR əvəzedici və kontraktın şərti vahidi kimi Fondun xüsusi hesabıdır və uzunmüddətli borc kapitalı bazarında həmişə beynəlxalq və regional təşkilatlar tərəfindən istifadə olunur, məsələn kommersiya banklarında SDR kimi göstərilmiş depozitlər. BVF-nin üzvü olan ölkələr Fondun müvafiq maddələrində əks olunduğu kimi SDR-ə beynəlxalq valyuta sistemində əsas ehtiyat vahidi statusunun verilməsi fikrini bildirdilər. Fond SDR-in qiymət dəyəri metodunu müəyyən edir və 1981-ci ilin yanvarından başlayaraq "səbət" malların və xidmətlərin eksportunun inkişaf etmiş sisteminə malik beş ölkənin valyutasından ibarətdir.

Texniki yardım
Üzv-ölkələr iqtisadi idarəetməni təkmilləşdirmək üçün Fondun texniki yardımından yararlanmaq hüququna malikdirlər. Fondun mütəxəssisləri bu ölkələrə Fond tərəfindən keçirilən mərkəzi və ümumi bank xidmətləri, statistika, mühasibat hesabı, valyuta və ticarət sistemi, cari siyasət məsələləri, ödəmə balansının xəzinə və pul siyasəti məsələləri üzrə tövsiyələr göndərirlər.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh