Cinayətkarların verilməsi (ekstradisiya)

Ekstradisiya şəxsin məhkəmə araşdırmasında iştirak etməsi üçün yaxud onun ittiham edildiyi həbsxana müddətini çəkib qurtarması üçün bir ölkədən digərinə zorla köçürdülməsidir; cinayətkarların verilməsi (ekstradisiya) haqqında sorğular təqsirləndirilən yaxud cinayətə görə məhkum olunmuş şəxs başqa ölkədə sığınacaq axtardığı zaman (yaxud hazırda yaşayır) baş verir. Adətən ittiham edilən cinayət ekstradisiya sorğusu verən dövlətin ərazisində yaxud onun bayrağı altında üzən gəmidə törədilir. Cinayətkarların verilməsi üçün sorğular diplomatik kanallar üzrə verilir və onlar cinayətkarların verilməsi haqda Müqavilə vasitəsilə hər iki dövlət tərəfindən əvvəlcədən razılaşdırılmış konkret prinsiplərə aid olmaqla son dərəcə açıqdırlar. Bu tip müqavilələrdə adətən aşağıda göstərilən prinsiplər ifadə olunur:
(a) Verilməsi haqqında sorğu verilən şəxs onun verilməsi haqqında sorğu verən dövlətin yaxud üçüncü dövlətin vətəndaşı olmalıdır. Praktika üçün dövlətin öz vətəndaşlarından birini başqa dövlətə verməsi xarakterik deyil, lakin Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ümumi qaydalardan istisna edilirlər.

(b) Cinayətkarın verilməsinin tələb edilməsi üzrə ittiham olunan cinayət ağır olmalıdır və adətən hər iki maraqlı dövlətdə cinayət hesab edilməlidir, bununla belə həmin şəxsin bu cinayətdə iştirak etməsinə aid müvafiq dəlillər təqdim edilməlidir. Adətən ekstradisiya tətbiq edilməyən cinayətlər siyasi, hərbi cinayətlərə aid olur, məsələn fərarilik (əgər onlar qəbul edən dövlətin qanunları ilə cəzalandırılmırsa, məsələn hərbi qüvvələrə çağırılma haqqında qanunla) və dini cinayət.

Avropa Şurası tərəfindən qəbul edilmiş cinayətkarların verilməsi üzrə Avropa konvensiyasında ekstradisiya tətbiq olunmayan konkret hallar aşağıda göstərilmişdir:
a) sorğu verilən cinayət əgər sorğu verən tərəf üçün (yəni dövlət üçün) siyasi cinayət yaxud siyasi cinayətlə bağlılığı olan cinayət hesab olunursa;
b) əgər adi cinayət əməlinə görə cinayətkarın verilməsi üzrə sorğu şəxsin irqi mənsubiyyəti, milliyyəti yaxud siyasi baxışlarına görə təqib edilməsi yaxud cəzalandırılması məqsədilə yönəldilməsi haqda sorğu verən tərəf əsaslı səbəblər qoya bilirsə.
Həmin Konvensiyada dövlət başçısını yaxud onun ailə üzvünü öldürmək yaxud öldürməyə təşəbbüs etmək siyasi cinayət hesab olunmur.

1977-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən terrorizmlə mübarizə üzrə Avropa konvensiyasında bunlardan başqa aşağıda göstərilən cinayətlərin siyasi cinayətlərə aid olmadığı və öz növbəsində cinayətkarın verilməsindən imtina edilməsi üçün səbəb ola bilməyəcəyi nəzərdə tutulur.
a) 16 dekabr 1970-ci ildə Haaqada imzalanmış hava gəmilərinin qeyri-qanuni tutulması ilə mübarizə üzrə Konvensiyanın təsiri altına düşər cinayətlər;
b) 23 sentyabr 1971-ci ildə Monrealda imzalanmış mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəldilmiş qeyri-qanuni fəaliyyətlərlə mübarizə üzrə Konvensiyanın təsiri altına düşən cinayətlər;
c) beynəlxalq müdafiə hüququna malik olan, o cümlədən diplomatik nümayəndələrin üzvlərinin həyatına, fiziki toxunulmazlığına yaxud azadlığına sui-qəsd etmə ilə ağır cinayətlər;
d) girovların götürülməsi, qaçırdılması yaxud ciddi qeyri-qanuni saxlama ilə olan cinayətlər;
e) insanların həyatını təhlükəyə məruz qoyan bombaların, qumbaraların, raketlərin avtomatik silahların yaxud məktubda və ya bağlamada bombaların tətbiq edilməsi ilə cinayətlər;
f) yuxarıda göstərilən cinayətlərdən hər hansını törətməyə cəhd etmə yaxud bu tip cinayətləri törədən yaxud törətməyə cəhd edən şəxsə yoldaş qismində iştirak etmə.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh