Diplomat və kütləvi informasiya vasitələri

«Biz XIX əsrə seçkilərlə başladıq: bizim milləti sahildən sahilə genişləndirməli yoxsa yox. Biz XX əsrə seçkilərlə başladıq: sənaye inqilabını və bizim dəyərlərimizi necə əlaqələndirməli? Biz hazırda XXI əsrin başlanğıcında seçim etməliyik: İnformasiya və Qlobal birlik Əsrinin imkanlarından necə istifadə etməli?»

Bu sözləri Klinton Birləşmiş Ştatların ikinci müddətə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təntənəli çıxışı zamanı söyləmişdir: XIX və XX yüzilliklərdə ölkəsinin qarşısında duran iki mühüm problemin tarixi təhlili və onun fikrincə gələcək yüzilliyin onun ölkəsinə etdiyi əsas çağırış İnformasiya və Qlobal Birlik Əsrinə daxil olmaqdır. Prezidentin bu fikrindən belə nəticə çıxarmaq olar: dünya birliyinin mövcud üzvləri — müstəqil, suveren dövlətlər arasındakı əlaqələr daim artan ustalıqla və anlayışla idarəetmə tələb edir; bu idarəetmədə həm adaptasiyanın, həm də informasiya əsrinin əlavə məhsullarının, xüsusilə də televiziyanın diplomatiya xidmətində istifadəsi mümkünlüyünün dərk edilməsinin eyni dərəcədə vacibliyi nəzərə alınmalıdır.
Əsrlər boyunca diplomatiyanın əsası diplomatik nümayəndələrin yaxud səfirlərin şəxsi qarşılıqlı münasibətlərinə görə qurulmuşdur. Lakin «diplomatiya» termini də sənədlərin öyrənilməsi ilə bağlıdır və müxtəlif kommunikasiya vasitələrinin tarixi təkamülünü nəzərə alsaq aydın olur ki, xüsusilə dövri mətbuatda yazılmış fikir xarici siyasətin və diplomatiya proseslərinin dürüst ifadə edilməsinə əhəmiyyətli təsir göstərir. Diplomatlar ilə jurnalistlər yaxud onların radiodakı kolleqaları arasında ehtiyatlı lakin qarşılıqlı faydalı münasibətlər qurulmuşdur. Bu gün diplomatların audiovizual üsulların təsir göstərdiyi sputnik antenaları və rəqəmsal rabitə əsrinə diqqət yetirməsi tələb olunur.

Bütün dünyada gözlənilməz sürətlə və hələlik sonu bəlli olmayan effektlə başlayan televiziya inqilabı — insan təfəkkürünə təsir edən inqilabdır. Televiziyanın rolunun getdikcə artması dünya əhalisini yeni xəyallara və yeni ideyalara təhrik edən qlobal məlumatlılığa gətirib çıxardı. İndiyə kimi əsasən ailələrinin və yerli cəmiyyətin yaşamaları haqqında narahatçılıq keçirən yüz milyonlarla insan indi ölkələrinin daxili və xarici siyasətində özlərini səs hüququna malik olmaqla sosial və siyasi birliyin bir hissəsi kimi görürlər. Televiziya inqilabının siyasətin formalaşmasına təsiri daha çox milli və beynəlmiləldir.
Milli televiziya hökumətin xarici siyasətinə xəbərlərin seçilməsi və intensivliyi ilə təsir göstərə bilər. Hər bir ölkənin xarici siyasəti üç element əsasında formalaşır: səmərəlilik — xarici işlər nazirinin öz şəxsi fikrinə yaxud diplomatlarının rəylərinə görə ölkənin maraqları üçün daha yaxşı hesab etdikləri; siyasilik hökumətin mümkün olan və müvafiq olan zənn etdikləri; emosionallıq — cəmiyyətin gözlədikləri, bu isə əsasən onun televiziyada gördüklərinə əsaslanır. Bu yaxınlara qədər xarici siyasətin formalaşdırılması savadlı, siyasi düşüncəli elitanın ən mühüm işi idi; indi əsas informasiya vasitəsi televiziya — adi və artıq qeyri-elit və xüsusi savad tələb etmir və emosiyaları qızışdırmaq və cəmiyyətin bütün təbəqələrində məlumatsız rəylər yaratmaq gücünə malikdir.
İlk peyk TV-nin buraxıldığı vaxtdan on ildən bir az artıq zaman keçdi və əhatə etmənin həqiqətən beynəlmiləl olduğu vaxtdan 6 il keçdi ki. Bundan sonra beynəlmiləl televiziya struktur inqilabına səbəb oldu: prezident Klintona görə Qlobal Birliyin yaradılması oldu.
Beynəlmiləl televiziya:
a) qlobal cəlb olunma hissini və xəbərlər verilişinin təxirsizliyinə cavabdehliyi yüksəltdi;
b) ətraf mühitin qayğısına qalmağa və humanitar ehtiyacların başa düşülməsinə kömək etdi;
c) iki əsas komponentdən ibarət olan ənənəvi xalq diplomatiyasının diplomatlar üçün yeni ölçüsünü yaratdı: başqa ölkənin hökuməti ilə hesablaşmadan həmin ölkənin ictimai rəyinə müraciət vasitəsilə ölkənin xarici siyasətinə təsir göstərmək üçün imkan yaratmaq; hökumətin televiziyanı başqa ölkələrlə münasibət üzrə siyasəti haqqında müzakirələrin nəticəsinə təsir məqsədilə ümumi məlumat aləti kimi istifadə etdiyi danışıqlar prosesi kimi xarakterizə edilə bilən media-diplomatiya üçün geniş imkanların təmin edilməsi.
Bu günə belə bir vəziyyət yaranmışdır, beynəlxalq televiziya kompaniyaları diplomatlarla müsahibədə yalnız hər iki tərəfə xeyri olan gündəlik «xəbərlər deşiyini» doldurmağa kömək etməyə nail olmurlar, həm də «video-xəbərlər (relizlər) buraxılışı»nın əhəmiyyətinin artırılmasına kömək edirlər. Peşəkarlıqla hazırlanmış bu video-kaset üç xarakteristikaya malikdir: televiziya ilə onun göstərilməsi cəlbedicidir və o bunun üçün yararlıdır; o artırıla, saxlanmaq üçün qoyula bilər və daha çox təsir göstərə bildiyi zaman işıq üzü görə bilər və o, onu daha çox tamaşaçı kütləsi arasında yaymaq istəyən maraqlı şəxs üçün vacib olan məlumatı daşıyır. Bir qayda olaraq alıcılar əsasən hökumətlər və qeyri-hökumət təşkilatları olurlar. Video-xəbərlər buraxılışını yaymaq istədikləri əsil məlumatı pərdələyərək tez-tez hər hansı idman hadisələrinin yaxud turist reklamlarının ön planlarında göstərirlər. Qeyri­-hökumət təşkilatlarından əsas video-xəbərlər relizlərinin istifadəçiləri — ətraf mühitin mühafizəsi üzrə təşkilat, xeyriyyə təşkilatları və yardım üzrə təşkilatlar da öz müvəffəqiyyətlərini uzaqgörən müşahidədə hesab edirlər: "İnsana xas olan təbii meyllər mücərrədlik və məşğul olmaqdır". Press-relizləri əvəz edən video-xəbərlər buraxılışları gizli məlumatlıdırlar, lakin mahiyyətcə əyləncəlidir.
İşlərin bu durumu nisbətən ziyansızdır və hökumətlərin və təşkilatların diplomatiya formalarını yaratmaq bacarığını və dövrün dəyişən imkanlarına inamını əks etdirir; lakin bu qabaqcıl texnologiya yalan məlumat vermə yaxud yanlış məlumat formasında xeyirlə bərabər ziyan gətirə bilər. Yalan məlumat vermə — bu yalanın qəsdlə edilmiş formasıdır, diplomatiya üçün yeni olmayan praktikadır. Yalan məlumat vermə adətən müəyyən edilə (onun təhtəlşüur olmaması şərtilə) və təkzib edilə bilər. Yanlış məlumat — bu da şərtsiz yaxud bilməyərəkdən və tez-tez məlumat hazırlayanların onun yalan olduğunu dərk etməyərək yalançı imic yaratmalarıdır. Amma yanlış məlumat xarici siyasətin formalaşmasına emosional təsir göstərdikdə real təhlükə sayılır. Yanlış məlumat bu amillərin təsiri altında əmələ gələ bilər:
Texniki məhdudiyyətlər. Kinooperatorlar komandası xərc tələb edir və o daha çox fəallıq və həyəcan gözlənilən yerlərə yönəldilir. Beləliklə: «Kamera harada, yeniliklər də orada».
Nümunəli qavrayış və subyektivlik. Prodüserlər hər halda obyektiv olmağa çalışmırlar, onlar nəyin vacib olduğunu və nəyin vacib olmadığını, nəyin düzgün olub, nəyin isə düzgün olmadığını şəxsi nöqteyi-nəzərlərindən kənar etməyi bacarmırlar; Axı onlar sadəcə xəbərlər məruzəçisi olmaq istəmirlər — onlar cəmiyyətə təsir etmək istəyirlər.
Mədəni məhdudiyyətlər. Vacib amildir, çünki müxtəlif regionların və mədəniyyətlərin adamları müəyyən ölkələrin yaxud vəziyyətlərin daha dayanıqlı nöqteyi-nəzərdən müzakirə etməsinə vərdiş etmişlər; bundan başqa, onlar dəyişikliklərə həssas deyillər. Aparteid qurtarandan bir az sonra prezident Buş Ağ evin pilləkənlərində ayaq üstə Cənubi Afrikanın prezidenti de Klerki qucaqladı və dedi: «Bir il əvvəl kimin ağlına gələrdi ki, biz ikimiz burada duracağıq», o, Cənubi Afrikadan hazırlanan reportajların Amerika vaxtına müvafiq olaraq aparılması faktını nəzərdə tuturdu. Lakin aparteid gözlənilmədən qurtarmadı — o bir neçə il ərzində tədricən yox oldu — amma bir neçə diplomatdan başqa, jurnalistlərdən heç kim bu barədə danışmağa cürət etmədi, nə qədər ki, bu hamı tərəfindən qəbul olunmuş sadə adamların inanmaq istədikləri və vərdiş etdikləri ilə düz gəlmirdi.
Bütün prodüserlərin şəxsi siyasi öhdəlikləri var. Ola bilsin bunu başa düşməyərək və əlbəttə bilməyərək onlar bu öhdəliklərin işlərinə təsir etməsinə imkan yaradırlar.
Məlumatın dramlaşdırılması — teatrın evolyusiyasına tam etap və «incəsənət naminə incəsənət» konsepsiyası əsasən təhrif olunmuş amilləri ifadə edir. Bütün teleprodüserlər yaxşı teatr hazırlamağa səy göstərirlər. Onlar yaxşı hazırlanmış işlərinə görə öz prodüser-kolleqlərinin təriflərini eşitmək istəyirlər; amma əgər həyəcanlandırıcı və hərəkətə gətirən effekt hazırlamaq məqsədilə faktların kiçik şişirdilməsi və manipulyasiyası tələb olunarsa bütün televiziyanın «dokudram» olmasına əsasən buna haqq qazandırmaq olar, məsələn, teatrın davamı emosional duyğudur və ona görə də əyləncələr sənayesinə qanuni hədiyyədir.
Hazırlanmış məlumat. Hadisənin baş verdiyi zaman kinooperatorlar komandası həmişə hadisə yerində ola bilmirlər, necə ki, yanğınsöndürən briqada nadir hallarda həmin vaxt yanğının baş verdiyi yerdə ola bilir, lakin onlar tezliklə orada ola bilirlər. Beləliklə televiziya ilə seyr edilmiş hadisələrin çoxu yalnız hadisə yerində daha tez olan kinoreportyorun baş verənləri yada salmasıdır, lakin bununla belə gerçək məlumat sonradan hazırlanır.
Sorğu qaydası və kütləvi informasiya vasitələrinə təklif (KİV) o fakta əsaslanır ki, xəbərlərə sorğu daimidir və bəzən video-xəbərlər relizləri qismən uyğun gəldiyi zaman prodüserlər tapa bildiklərini efirə verməyə məcburdurlar. Diktorun məlumatı: «Bu doqquz saatlıq xəbərlərdir, ah, bağışlayın bu gün heç bir xəbər yoxdur, bunun əvəzinə vesternə baxın» — istisnadır. Bəzən xəbərlər labüddən yaranır.
Effektin gücləndirilməsi xırda epizodların əhəmiyyəti şişirdildikdə baş verir. Hay-küy səhnələri toplaşanların az sayı əsasında çəkilə bilər və təəssürat xüsusi eyniləşdirmə yolu ilə yaradılır.
Pisliyin təmsil edilməsi və şəxsləndirilməsinin zəruriliyi. Kütlənin ölkəyə nisbətən siyasi şəxsiyyətlə daha tez və asan həmrəyləşməsi ehtimalı çoxdur; lakin əgər toqquşma vəziyyəti mövcuddursa camaatın Yaxşı Oğlanı Pis Oğlandan seçmək imkanının olması lazımdır. Fars körfəzində belə problem yox idi, lakin Somalidə vəziyyət ağır idi. Xoşbəxtlikdən general Pis Oğlan rolunda səhnədə göründü; doğrusu əgər o olmasaydı onu yaratmaq lazım idi.
Televiziya texnologiyasının inkişafı tamaşaçıların gördükləri və aldıqları manipulyasiya dərəcəsini başa düşmək qabiliyyətini qabaqlayır və düşüncə lazımi kökləməni həyata keçirir. Həmişə ixtiralar və onlardan istifadə edilməsinə başlama arasında geri qalma olur. Deməli, radioverilişlərin köməyilə şüurun idarə edilməsi nasist idarə etməsi və onun təbliğatı ilə və prezident Ruzveltin amerika xalqı ilə siyasi məqsədlərə nail olmaq üçün nəticələr verən «Gözəllik haqqında dostcasına söhbətləri» də daxil olmaqla başlayan onilliyə gətirdi. Bu dövrdən sonra şüurla manipulyasiya etmə prosesi siyasi məqsədlərdə televiziyaya yol tapmağa nail oldu. Burada çoxdan demokratik institutlar yaradılmış bir avropa ölkəsində 1997-ci ildə keçirilmiş seçkilərdən yaxşı nümunə tapmaq olmaz. Bu ölkə tarixində ilk dəfə olaraq bir partiya şüurlu strateji qərarı, seçkilərdə televiziya vasitəsilə yarışmanı qəbul etdi. Partiya iki il müddətində çox peşəkar və ciddi əsaslı kompaniya keçirdi və nəticədə böyük əksəriyyətlə qalib gəldi. İspan qəzeti «El Pais»in (London «Times»ına əsasən) qeyd etdiyi kimi: «O, (partiya lideri) təzə paltaryuyan maşın kimi nə çox, nə də az satılan yeni məhsuldur». Yəqin ki, bu seçkilər tarixdə media-idarə kitablarında və ola bilsin Avropada tənəzzül üzrə demokratik institutlarda öz yerlərini tapacaqlar.
Mürəkkəbləşən vəziyyət diplomatların üzərinə kütləvi informasiya vasitələrində prezentasiya (media-prezentasiya) sənətində və bir ölkənin daxilində və beynəlxalq səviyyədə təcrübəli olmaq öhdəlikləri qoyur. Ölkənin xarici siyasəti effektli olmaq üçün xalqın böyük əksəriyyətinin dəstəyini tələb edir yaxud heç olmazsa diplomat anlayışla öz hökumətinin siyasətini xalq qarşısında geniş yayılmış audiovizual vasitə sayılan televiziya vasitəsilə daha effektli üsulla izah etməyə və ona haqq qazandırmağa hazır olmalıdır. Beynəlxalq miqyasda media-prezentasiya bacarığına yiyələnmək üçün, xaricdə ən çox sayda tamaşaçılar qarşısında ölkənin imicini yaxşılaşdırmaq və onun fəaliyyətini izah etmək və buna haqq qazandırmaq üçün hər bir imkandan istifadə etmək lazımdır. Passiv analitiklərin funksiyalarından asılı olmayaraq xaricdə xidmətdə olan diplomatlar televiziyaya çıxmaq üçün təlim keçməlidirlər. Onlar buna səy göstərə də bilərlər, göstərməyə də, lakin bir gün televiziya onları tapacaq. Diplomatların televiziyada görünməsi — pis çıxış etdikləri zaman ciddi nəticələri olan böyük məsuliyyətdir və yaxşı çıxış etdikləri zaman ölkələrinə xeyri vardır. Nə qədər ki, televiziya çox hallarda kütləyə təsir etmək üçün siyasi elita imkan yaradan «diplomatik prezentasiyaya» əlavə təsirin müasir üsulu sayılır, diplomatlar onlara verilən imkanlara pozitiv və professional reaksiya verməlidirlər.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

0 şərh