Televiziya müsahibəsi

Televiziya müsahibəsi mükəmməl hazırlıq və analiz tələb edir, bu zaman diplomat aşağıda göstərilən məqamları nəzərə almalıdır:
Müsahibə alanın məqsədi: onlar diplomatdan hansı məqsədlə müsahibə götürürlər, nə almaq istəyirlər? cavab belə ola bilər: gündəlik "xəbərlər deşiyini" doldurmağa kömək edə bilən tarix lazımdır, - bu onların işidir. Diplomatın məqsədi: o, nəyə görə müsahibə verməyə razılaşmalıdır, o, nə almaq istəyir? Əgər diplomat müsahibə verməkdən imtina edirsə və televiziya məlumat verir ki, diplomat müəyyən bir mövzu üzrə müsahibə verməyə razılıq vermədi, bu zaman elə görüntü yaratmaq olar ki, imtina etmənin arxasında uğursuz bir səbəb vardır. İntervü müsbət tərəfdən milyonlarla tamaşaçıya müraciət etmək və ölkəsinin televizual "prezentasiya"sını təmin etmək və bu qayda ilə onun imicini yaxşılaşdırmaq imkanı yaradır. Müsahibəyə həm diplomat üçün həm də müsahibə alan üçün əlverişli təklif kimi baxılmalıdır: bundan hər ikisi udur.

Müsahibə şəraiti: strategiyanı hazırlamaq üçün müsahibənin birbaşa efirdə yaxud qeydlə olacağını bilmək vacibdir; o təkbətək olacaq yoxsa başqa kimsə də iştirak edəcək, əgər iştirak edəcəksə onda bu kimdir; müsahibə xəbərlərin, sənədli filmin, tok-şounun bir hissəsimi olacaq yoxsa kütlə qarşısındamı keçiriləcək? O, nə zaman göstəriləcək və adi tamaşaçılar dəvət ediləcək yoxsa daha hazırlıqlı nümayəndələr? Hər şeydən daha vacibi müsahibənin tam göstəriləcəyi yoxsa prodüserin öz ssenarisinə uyğun olaraq tərtib etdiyi "dokudram" elementləri kimi yalnız bir-iki cümlədən istifadə olunacağıdır, lakin diplomat onun başlanmasından xəbərsiz olacaqdır. Ondan asılı olmayaraq müsahibə diplomat üçün yaxud nazirlərdən biri üçün sərfəlidir, əmin olmaq lazımdır ki, oturacaq üçün yer və işıq qənaətbəxşdir və kamera göz bərabərliyində yerləşir; əgər müsahibə göstərilmiş vaxtda və doğma torpaqda keçirilərsə daha yaxşıdır. Məsələn aeroportda və qəbullarda improvizasiya olunmuş müsahibədən qaçmaq lazımdır. Müsahibə alanın strategiyası informasiya yaxud izahat almaqdan ibarət ola bilər; sensasiyalar axtarışından yaxud teatr spektaklının ya da dokudramın qurulmasından ibarət ola bilər. Diplomatın strategiyası uyğun olaraq seçilməlidir.

Diplomatın strategiyası - xalq içərisində özü və ölkəsi haqqında yaxşı təəssürat yaratmasıdır ki, bunun üçün o, dünyada qatma-qarışıq adlarla 180-dən çox ölkə olduğunu və müsahibənin xalq üçün ölkə haqqında - diplomatın ölkə ilə assosiasiyası yolu ilə təəssürat almağın yeganə üsulu ola biləcəyini yadda saxlamalıdır. Kütlə diplomatdan nə gözləyir? O, sakit, arxayın, ümidli, etimada layiq, şərəfli, tədbirli və sədaqətli olmalıdır; o, özündə olmayan, qətiyyətsiz, dolaşıq, heç bir etiraza yol verməyən və təkəbbürlü insan təəssüratını yaratmamalıdır. Sözün qısası diplomatın strategiyasına müsahibənin səbəbi, ictimai fikir, ölkənin mədəniyyəti və müsahibə alanın strategiya seçimi nəzakətli yaxud kobud davranışı təsir göstərir. Bəzi hallarda bu vaxt qazanmaq və "qol" buraxmamaq üsuludur və hər bir imkandan istifadə edərək sübut etmək lazımdır ki, diplomatın ölkəsi "oyun"u cəlbedici və qaydalara müvafiq olaraq aparır.

Müsahibə alanın taktikası adamından asılı olaraq fərqlənir: adətən hərənin müəyyən üslubu, məqsədi və modus operandi (hərəkət tərzi) olur və televiziyadakı şəxsiyyətlər haqqında təsəvvürü olmaq üçün diplomat "sahib-ölkəni" kifayət qədər yaxşı tanımalıdır. Ajiotaj yaratmaq, əyləncəli tamaşa təşkil etmək məqsədi güdənlər aşağıdakılara nail ola bilər:
- diplomatı destabilləşdirmək, onu yolundan çıxarmaq;
- ehtiyatsız fikirlər söyləməyə təhrik etmək;
- diplomatın qaçmaq istədiyi mövzular haqqında danışığa gətirib çıxartmaq;
- "insanın-insana" prinsipi üzrə ağıldan daha çox ürəkdən gələn söhbəti təşkil etmək;
- müdafiə olunmağa məcbur etmək;
- teatr təqdimatını təşkil etmək məqsədilə məntiqə uyğun olan hər bir tryukdan istifadə etmək (məsələn, əslində kamera hələ açıq olanda özlərini elə aparırlar ki, müsahibə qurtarıb);

Diplomatın taktikası və mexanikası: onlar proqramın prodüserinin kameraya nəzarət etməsi və auditoriyanın müsahibə alanla eyniləşdirilməsi ilə məhdudlaşırlar; lakin diplomat müsahibə alanın auditoriyanın marağını müdafiə etməli olması və onun yaxşı "teatr" göstərmək üçün qəti məhdudlaşdırılmış zamanı olması kimi üstünlüklərə malikdir. Diplomatın taktikası əsasən təsirə cavab verməkdir, lakin əgər ona verilən sual diplomatın qaçmaq istədiyi suallardan biridirsə onda o, bəzi fon məlumatları verərək, bu haldan istifadə edə bilər ki, bir qayda olaraq müsahibə alan qabaqcadan kontekstinə gətirmədiyi sualı verməməlidir: auditoriya özünü cəlb edilmiş hiss etmək və verilmiş suallarla eyniləşdirmək istəyir; o zaman hətta fon təsəvvürlərindən birini cavab üçün seçmək tam qanuni olar və (bu əla olardı) müsahibə alanı əsas suala qayıtmağa deyil, müsahibəni başqa yöndə davam etdirməyə məcbur edən frazanı hazırlamaq olar. Müsahibə alan sualların və cavabların harmonik axınına çalışır və ardıcıllığı pozmaq istəmir.
Diplomatın texnikasına əsas məzmun və prezentasiya daxil ola bilər: əsas məzmun - onun danışdığıdır, prezentasiya - onun vücudunun (jestlərinin) dilinin , xarici görünüşünün və səsinin köməyilə məlumat verdiyi üsuldur və diplomatın prezentasiyasının tamaşaçıda onun danışdığından daha çox təəssürat yaratması təəccüblü deyil.

Diplomat üçün ən əhəmiyyətli olanlar aşağıdakı qaydalardır:
Auditoriyanızı təhlil edin və müvafiq olaraq əsas məzmunu qısaca və dürüst ifadə edin.
Sizə nəyi danışmaq üçün icazə verildiyini yadınıza salın: unutmayın ki, siz öz adınızdan yox, ölkəniz adından danışırsınız.
Hazırlıqlı gedin və buna görə də tələsməyin.
Əsas məlumatı hazırlayın və onu auditoriyaya təqdim etməyə fürsət axtarın.
İntervünün qarşısında kontekst altına asanlıqla salına bilən, dərin təəssürat yaradan bir neçə fraza yazın və onlardan istifadə etməyə çalışın.
Sizə veriləcək sualları qabaqcadan düşünün və cavablarını hazırlayın.
İdeyalarınızı həmişə asan başa düşülən məntiqi ardıcıllıqla izah etməyə çalışın.
İntervü alana müsahibə gedişini müəyyən etməyə imkan verməməyə çalışın; şəxsi planınız olsun və intervü alanın temalarını və niyyətlərini qəbul etməyin.
Yalnız müsahibə alana toxunan mənfi məqamlar haqqında danışmayın, müsbət aspektlərə də xüsusi əhəmiyyət verin.

Cavabınız nə qədər uzun olmalıdır? Söhbətin gedişini saxlamaq üçün kifayət qədər uzun, lakin elə də uzun yox ki, yorucu olsun və elə təəssürat yaratsın ki, siz müsahibə alanın, beləliklə də auditoriyanın boş yerə vaxtını alırsınız.
Əgər diskussiya davam edirsə necə olsun? Cavaba mübahisə etməyin: elə görüntü yaradın ki, müsahibə alanın yersiz maneralarından narazısınız.
Əgər vacib deyilsə rəqəmləri sitat gətirməyin, rəqəmlərlə auditoriyanı çaşdırmaq olar.
Cavab verməyə hazırlaşdığınız sualların sayını deməyin: onlardan birini yadınızdan çıxara bilərsiniz. Onları düzgün tələffüz edəcəyinizə əmin olmaq üçün demək istədiyiniz bütün adları, sitatları yaxud inisialları yazın (bir vərəq ağ kağızla getməyin).
Başlanğıc və tamamlayıcı frazanızın xüsusi əhəmiyyətli olduğunu yadınıza salın. Onlar sizin verdiyiniz təəssüratlan formaya salırlar. Müsahibənin başlanğıcı atmosferanı müəyyən edir, sizin son sətirləriniz isə haqqınızda davamlı təəssürat qoyur.
Hökumətinizin haqsız olduğunu heç vaxt qəbul etməyin.
Heç vaxt əsas ardıcıllıqdan kənara çıxmayın: dinlə, pauza et, fikirləş, cavab ver.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh