Menopauza

Klimaks

  1. Çobanyastığı (gülü) – 10 q, boymadərən (otu) – 10 q, qazayağı (otu) – 10 q, dəmrovotu – 5 q. Kütlənin bir xörək qaşığını 200 ml qaynar suya salın. 30-40 dəqiqə gözləyin, süzün, gündə iki stəkan cövhəri qurtum-qurtum için.
  2. Gülümbahar (gülü) – 10 q, gülxətmi (gülü) – 10 q, cirə (meyvəsi) – 15 q, bənövşə — 15 q, qara gəndalaş (gülü) – 15 q, murdarça (qabığı) – 15 q, biyan kökü – 15 q, qarışdırın, bir xörək qaşığı kütləni 200 ml qaynar suya tökün, 20 dəqiqə üstüörtülü saxlayın. 2 stəkan cövhəri gün ərzində xırda qurtumlarla için.
  3. Ətirli çətiryarpaq – 20 q, böyürtkən (yarpağı) – 25 q, yemişan (gülü) -10 q, damotu – 20 q, bataqlıq otu – 15 q. Qarışdırın. Bir xörək qaşığını 200 ml qaynar suya tökün, bir saat üstü örtülü saxlayıb süzün. Çay kimi gündə üç dəfə stəkanla için. Qadınlıq təravətini qorumaq üçün qəbul edilir. Həmin məlhəmi 10 gün içəndən  sonra “başa qan yığılması” azalır, bədənin, xüsusən boyunun səpməsi kəsilir, baş ağrıları dayanır, iştah bərpa olunur, yuxu yaxşılaşır, sanki qadın təzədən dünyaya gəlir.
  4. Yemişan gülündən 3 xörək qaşığı götürüb yarım litr çiy suya tökün. Gecə səhərəcən qalsın, səhər od üstə qoyub 5-7 dəqiqə qaynadın. Ocaqdan götürün, üstünü örtüb 30 dəqiqə gözləyin, süzün, sıxın acqarına bir stəkan için, qalanını yeməkdən sonra içərsiniz.
  5. Tündqırmızı yemişan meyvələrinin və güllərinin cövhəri və həlimi də təsirlidir.
  6. Gəndalaş gülü – 3 pay, murdarça qabığı – 3 pay, biyan kökü – 3 pay, gülümbahar gülü – 2 pay, gülxətmi gülü – 2 pay. Doğranmış qarışığın bir xörək qaşığını 200 ml qaynar suda dəmləyin, 30 dəqiqə gözləyin. Gün ərzində 2 stəkan cövhəri qurtum-qurtum için.
  7. Ərən təbiblərimiz və türkəçarələr də xanımların gəncliyinin uzanması və lətafətinin mühafizəsi naminə axtarış aparmışlar. Omlar göstərmişlər ki:

a)      Zanbaq yağını bir ay müddətində buruna damızdırsalar, süstlüyü dəf edər.

b)      Zanbaq yağını bədənə sürtmək də süstlüyü aparır.

c)      Sərçə ətini yeməklə bədəndə süstlüyü götürmək mümkündür.

  1. Keçmiş həkimlər kitablarında buyurmuşdular  ki:

a)      Bir saatlıq ağırlıq bir illik qüvvəti aparır.

b)      Ağ turpu əzib suyunu çıxarın, kəfi alınmış baldan ona qatın, yaxşıca qaynadın, sonra bir neçə gün acqarına yeyin, olduqca xeyrlidir.

HERBA FLORA  jurnalı

0 şərh