Uşaqlarda köp

CURECOL — köp əleyhinə yeni vasitə1 ml-in (25 damcı) tərkibi:                       

Simetikon              40 mq

Şüyüd yağı         0,005 ml

Razyana yağı    0,0007 ml

Farmakoloji təsiri:  

Curecol-un tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parcalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.

Şüyüd yağı spazmolitik təsir göstərir. Qidanın həzm olunması prosesinə, bağırsaqda çürüməyə musbət təsir göstərir. Qarın ağrılarını, ağrılı spazmları aradan qaldırır, qazların xaric olmasına səbəb olur.

Razyana yağı meteorizmi aradan qaldırır və sakitləşdirici təsir göstərir. İştahanı artırır.

Göstərişlər:  

Meteorizm, aerofagiya, funksional dispepsiya

Mədə xorası, xroniki xolesistit, xroniki pankreatit

Bağırsaq infeksiyaları

Qarın boşluğunun rentgenoloji müayinəsi zamanı (öd kisəsi, bağırsaq, böyrəklər və s.)

Əks göstərişlər:  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Qəbul qaydası:  

Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.

0 — 6 ay: 5-10 damcı gündə 4 dəfə

6 — 12 ay: 10-20 damcı gündə 4 dəfə

1 yaşdan yuxarı: 20-25 damcı gündə 4 dəfə

Əlavə təsiri: Yoxdur.

Buraxılış forması: 30 ml damcı.

5 şərh

DrELM
«Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.»
Bu nə deməkdir? Həkim dilində izah edin görək.

Ən əsası, bu Ҹуреҹол nədir? 
Medikamentoz
Dırnaqarası sualın cavabı türkün məsəli qazxaricetməni ifadə edir.
 
dr_mahmud
Curecol haqqinda yazilib
Bağırsaqda yaranan qazların çox faizi bağırsaq divarından sorulur və az faizi isə motorikanın hesabına orqanizmdən çıxır. Patoloji vəziyyətlərdə isə bağırsaq divarından sorulmadığı üçün bağırsaqda gərginlik və köp yaradır. Bu hal ən çox uşaqlarda olur. Curecol bunu aradan qaldırır.
DrELM
Kolleqam, burada reklam vermək düzgün deyil, başlığı «Uşaqlarda Köp»-ə dəyiş, bir az uşaqdakı qazəmələgəlmədən danış, camaata başa sal ki, köpü aradan qaldırmasanız uşaq ağlayıb Sizin yuxunuza haram qatacaq. Sonra əlavə et ki, uşaq çox ağlayanda nəfəsi durur, beyindən qan çıxmır, kəllədaxili təzyiq yaranır. Sonra misal göstər ki, qonşuda uşağın biri hər gün daş atıb xalqın pəncərə-şüşəsini sındırır, ata-anasının üz qarası olub. Və səbəbini kəllədaxili təzyiqlə əlaqələndir. De ki, curecol bir vergidir.  Hamı razıdır: http://herba-flora.com/index.php/sual-cavab.html#comment-5442 və s…
dr_mahmud
Sağ olun kolleqam şərhinizə görə