Qadınlarda kista və miomalar

Tərkibi. Rodiolanın qatı ekstraktı.

Farmakoloji təsiri. Rodiola bitkisi çox geniş təsir spektrinə malikdir. Rodiola iltihab əleyhinə təsiri gücləndirən və qadın cinsi sferasına aid hormonal pozğunluğun qarşısını alan bu fitoşam yardımçı profilaktik-gigiyenik vasitə kimi vaginal formada istifadə edilə bilir. Rodioladan təbabətdə qadınlarda uşaqlığın miomasının, eroziyasının, kista, endometriozun, ağrılı və qeyri-müntəzəm menstrual siklin, müxtəlif etiologiyalı şişlərin müalicəsi zamanı istifadə edilir.
Kimyəvi tərkibi: Soyuq rodiolanın tərkibində daha əhəmiyyətli təsirə malik olan kimyəvi maddələr bunlardır – fenol qlikozid olan salidrozid (onkoprotektor, iltihab əleyhinə, infeksiya əleyhinə və adaptogen təsir göstərir, ginekoloji xəstəliklər zamanı yaranan endokrin pozğunluqların qarşısını alır), rodiolanın köklərinə qırmızı rəng verən antosianlar (güclü antioksidant olub ginekoloji xəstəliklər zamanı iltihab əleyhinə təsir edir), aşı maddələri (bu maddələr selikli qişada səthi eroziya və xoraların yaranmasının qarşısını alır). Fitoşamların əsas təsiredici komponenti soyuq rodiolanın qatı ekstraktıdır. Femina forte şamının komponenti olan rodiola ekstraktın tərkibində fenol birləşmələri, antosianlar, aşı maddələri, sadə fenollar yüksək konsentrasiyada olur. Femina Forte preparatının effektivliyi ondan ibarətdir ki, yerli istifadə olunaraq yüksək konsentrasiya yaradır və zədələnmiş nahiyəyə birbaşa təsir göstərə bilir

İstifadəsinə göstərişlər.
Endometrioz
Uşaqlığın kistozu
Mioma və fibromioma
Yumurtalıqların kistozu
Uşaqlıq boynunun eroziyası
Ağrılı və qeyri-müntəzəm menstruasiya
Sonsuzluq və amenoreyanın kompleks müalicəsi
Ureaplazmoz, qardnerellyoz, kandidoz, kolpit, vulvovaginit, uşaqlıq yolu mikroflorasının pozulması zamanı kompleks müalicədə tətbiq edilir.

Əks göstəriş. Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, steroid dərmanların qəbulu, hamiləlik və laktasiya, menstruasiya.

İstifadə qaydası. Femina Forte fitoşamı gündə 1-2 dəfə 1 ədəd şam istifadə edilə bilər. Tövsiyə edilən istifadə müddəti 5-10 gündür.

0 şərh