Böyrək daşları zamanı pəhriz

Oksalitin
Oksalat daşlarını əritmək üçün pəhriz

Məsləhətdir:
Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyat, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri)

Qadağandır:
Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlar

Məhdudlaşdırılır:
Xörək duzu, ədviyyatlar, süd və süd məhsulları, tərəvəzlər (badımcan, kabaçki, yerkökü, çuğundur, paxlalılar, soğan, pomidor, bolqar bibəri, cəfəri, göbələk), yağlı ət çeşidləri, qaraciyər, itburnu dəmləməsi

Oksalitin (sidikdaşı əleyhinə çay – oksalat)
Böyrəklərdə, sidik axarları və sidik kisəsində olan oksalat kristalları və oksalat daşlarını əridir, böyrək sancılarını aradan qaldırır.


Uralitin
Urat daşları və podaqra zamanı pəhriz

Məsləhətdir:
Qələvi mineral sular, süd və süd məhsulları (pendir, kəsmik), kərə yağı, yumurta, tərəvəzlər (badımcan, bolqar bibəri, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, limon, şirniyyatlar, buğda və çovdar çörəyi, makaron məmulatları

Qadağandır:
Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonları, qırmızı şərab, pivə, şokolad, kalsium tərkibli mineral sular

Məhdudlaşdırılır:
Duz, ədviyyat, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (əncir, moruq).

Uralitin (sidikdaşı əleyhinə çay – urat)
Böyrəklərdə, sidik axarları və sidik kisəsində olan urat kristalları və urat daşlarını əridir, böyrək sancılarını aradan qaldırır.


Fosfalitin
Fosfat daşlarını əritmək üçün pəhriz

Məsləhətdir:
Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq, yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvələr (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, qəhvə, kakao, itburnu dəmləməsi, şəkər, bal, qənnadı məmulatları

Qadağandır:
Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlər (kartof, kələm, yerkökü, çuğundur, kabaçki, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu və hisə verilmiş ət və balıq, piylər

Fosfalitin (sidikdaşı əleyhinə çay – fosfat)
Böyrəklərdə, sidik axarları və sidik kisəsində olan fosfat kristalları və fosfat daşlarını əridir, böyrək sancılarını aradan qaldırır.
 

0 şərh