Şəkərli diabetin fəsadlarında dietik qidalanma

Diabetik koma. Xəstəni hiperqlikemik komadan çıxartdıqdan sonra insulin terapiyası ilə yanaşı ən çox karbohidratlı qida təyin edirlər (sodalı sular, kompot, kisel, meyvə şirələri, sıyıqlar, kartof və digər tərəvəzlər, çörək və s.). Xəstənin vəziyyəti yaxşılaşdıqca onun dietasını genişləndirirlər və dietaya zülal tərkibli məhsullar əlavə edirlər ( kəsmik, pendir, yulaf yarması və s.). Əvvəlcə yağın miqdarı 40-50 q-dan artıq olmamalıdır, sonradan miqdarını dietada tədricən çoxaldaraq gündəlik rasionda yağın hesabına kaloriliyi 20-24%-ə çatdırılmalıdır. Adi çayı adətən MİRFAZİN çayı (şəkəri aşağı salan çay) ilə əvəz etmək məqsədəuyğundur.

Səhər yeməyi (8:00). Bir stəkan (200ml) yağsız süd (şəkərsiz). Bir kibrit qutusu qədər (30q) az yağlı və duzu azaldılmış ağ pendir.

İkinci səhər yeməyi (11:00). 20 q çörək və 5 yaşıl zeytun. Bir porsiya meyvə (uyğun meyvə cədvəlindən)

Nahar (13:00). 60q çörək, 1 kasa yağsız ət bulyonu. 75 q-a qədər yağsız ət (əsasən toyuq və ya balıq tövsiyə olunur). 1 boşqab göyərti (zeytun yağı ilə haz;rlanmalıdır). 1 böyük kasa göyərti salatı, pomidor, kahı qarışığı (bir kasa salat 1 çay qaşığı zeytun yağı və bol limon suyu ilə hazırlanmalı, duzun miqdarı az olmalıdır) 1 stəkan yoqurt (qaymağı olmamalıdır) və 1 porsiya meyvə.

İkinci nahar yeməyi (17:00). 20 q çörək . Bir kibrit qutusu qədər (30q) ağ pendir. Bir və ya iki stəkan çay.

Axşam yeməyi (19:00). Naharla eyni, zülal miqdarına diqqət etməli.

Gecə yeməyi (22:30). 20 q çörək və bir stəkan yağsız süd və ya bir porsiya meyvə.

0 şərh