Nəsr surəsinin fəziləti

Nəsr" surəsi Quranın 110-cu surəsidir ki, Məkkədə nazil olmuşdur və 3 ayəsi vardır.
İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: «Hər kim „Nəsr“ surəsini vacib və ya müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənlərinə qarşı yardım edər və Qiyamət günü elə halda gələr ki, onunla danışan kitab olar. Allah bu kitabı qəbrinin daxilindən çıxardar. Orada cəhənnəm atəşinin istiliyindən aman vardır. Bu surənin qarisi üçün dünyada xeyir vasitələri hazır olar ki, kimsə görməmiş və qəlbinə daxil olmamışdır». Nəsr surəsinin fəziləti
Həzrət Peyğəmbər (s) buyurur: «Hər kim „Nəsr“ surəsini oxuyar, ona Məkkənin fəthində Peyğəmbərlə (s) birlikdə vuruşan və şəhid olanların savabı verilər. Hər kim „Həmd“ surəsindən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olunar».
Həzrət (s) başqa yerdə buyurur: «Hər kim Rəcəb ayının 13-cü gecəsində on rükət namaz qılar və hər rükətdə „Həmd“dən sonra 5 dəfə „Nəsr“ surəsini oxuyarsa, Allah behiştdə onun üçün saray inşa edər ki, uzunluğu və eni dünyanın 7 bərabəri olar».
Bu surənin bərəkətləri:
1. Duaların qəbul olması. Hər kim «Nəsr» surəsini nafilə namazlarında və ya cümə günü günəş batan zaman oxuyarsa, dua edərsə Allah duasını qəbul edər.
2. Allah düşmən qarşısında ona yardım edər. Hər kim «Nəsr» surəsini vacib və müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənləri qarşısında yardım edər.
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi yaxud müstəhəbbi namazlarında “İza caə nəsrullahi vəlfəth” surəsini oxusa, Allah onu düşmənlərinin hamısının əleyhinə vuruşmaqda kömək edər. Allah Qiyamət günündə onun qəbrindən çıxartdığı məşhərə gələr, və o məktub onun Cəhənnəm körpüsündən ötüb keçmək üçün amannamədir. O gün heç bir şey nəzərdən yayınmaz, madam ki, ona xeyir və yaxşılıqla müjdə verər və axırda Behiştə daxil olar, və bu cahan heç vaxt arzu etmədiyi və qəlbindən keçmədiyi xeyr qapılarını onun üzünə açar.
Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Nəsr surəsini oxusa, Məkkənin fəth olunmasında Allahın Rəsulu (s) ilə birlikdə iştirak etmiş kimidir.


Mənbə: ahliman.info

0 şərh