Camaat namazının savabı

Peyğəmbər (sas) buyurub: Cəbrəil (ə) gəlib ərz elədi:Ey Muhamməd Allah sənə salam göndərir və sənə iki hədiyyə gondərib ki onları heç bir peyğəmbəri üçün göndərməmişdir. Dedim o iki hədiyyə nədir? Ərz elədi birincisi 3 rəkət gecə namazıdır ki bir rəkəti vitr iki rəkəti isə şəf namazıdır. İkinci hədiyyə isə gündəlik namazları camaatla birgə qılmaqdır. Cəbrəildən (ə) soruşdum ki gündəlik namazları camaatla birgə qılmağın mənim ümmətim üçün nə qədər savabı var dedi:



Ya Muhəmməd əgər iki nəfər camaat namazına durarsa onların hər birinin qıldığı namazın hər rəkəti üçün təklikdə qılınan 150 namazın savabı verilər.

Əgər 3 nəfər camaat namazaına durarsa hər rəkətə verilən savab 600 namazla bərabərlik edər.
Əgər 4 nəfər namaza durarsa 2200 namazın savabı verilər.
Əgər 5 nəfər olarsa 2400 savab.
6 nəfər olarsa 4800 savab.
7 nəfər olarsa 9600 savab.
8 nəfər olarsa 19200 savab.
9 nəfər olarsa 36400 savab.
10 nəfər olarsa 72800 savab.
Amma 10 nəfərdən çox olarsa, əgər asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm olarsa və insanlar və cinnlər mələklərlə birgə istəsələr onun savabını yazalar bir rəkətinin savabını belə yaza bilməzlər.

Mənbə:  Bəharul-Ənvar cild 85 səh: 15.

4 şərh

ORIGINAL
ALLAH razı olsun!
Ferid_Zeynalli
çox sağol. Allah sizden de razı olsun
BaKiNeC

Bəli Camaat Namazının savabı və fəziləti çox böyükdür.ALLAH özü möminlərin qıldığı Namazlarını qəbul etsin inşALLAH.AMİN.