Gəlin namazlarımızı qılaq

Görəsən hər kəsin getdiyi bu dünyada namazdan vacib olanı nədir? Vaxtın yoxdur? İmkan tapa bilmirsən? Halbuki bunların həyatları təhlükədə idi və namaz üçün çox gözəl bəhanələri də var idi.
Bəs Bədr döyüşü haqqında nə deyək?
Müsəlmanlar düşmənlərdən 10 qat az idilər. Döyüşün qızğın vaxtı Zöhür namazı gəlmişdir. Halbuki, onlar namazlarını qılmayada bilərdilər. Çünki cihadda idilər. Amma onlar iki dəstəyə ayrılmışdılar. Birinci dəstə ikinci dəstə namazlarını qılıb qurtarana qədər döyüşmüşlər, sonra ikinci dəstə qabağa keçərək birinci dəstə peyğəmbərin (s.a.s) imamlığı altında namaz qılmışdılar. Sizcə onların vaxtı var idimi?Nə isə dostum. Bu bəhanə yaramaz.
Aha. Demək istəyirsən ki, iş adamısan? Yaxşı bəs böyük səltənət sahibi olan Süleyman peyğəmbər haqqında nə deyək? Halbu ki, böyük var dövlət və ölkə başçısı olmasına baxmayaraq Allaha ibadətinə vaxt tapırdı.
namaza gəlin,Ey insanlar.Namaz ibadətdir
Bəlkə demək istəyirsən ki, uşaqlara baxmağım imkan vermir? Yox dostum buda alınmadı. Adəm peyğəmbərin hər il əkiz uşaqları olmasına baxmayaraq ibadətə çox gözəl vaxt tapırdı.

Hə sonra dostum? Görək sonra nə maneçilik var. Aha tapdım. Bəlkə evdə olmursan deyə namaz qılmaq üçün yer tapa bilmirsən? Şəklə bax Sizcə bu qoca yeri varmı?

Dura bilmirsən? Oturan yerdə qıl. Otura bilmirsən? Onda yenə səklə bax görürsənmi gəzə bilməyən kişini
Uzanan yerdə başınla namaz qıl. Başını tərpədə bilmirsən? O zaman gözlərinlə qıl. Yoxsa gözlərinlədə qıla bilmirsən? Dostum ürəyin var. Ürəyinlə namaz qıl. Görürsən yenə alınmır bəhanələr...

Yoxsa deyəcəksən əşi əsas odur ki, ALLAHa sevgim və inamım var. ALLAHın varlığına şəhadətim var. Önəmli olan ürəyin təmizliyidir. Onda dostum de görüm sənin ürəyin Peyğəmbərin ürəyindən təmizmi olacaq? Ondan çoxmu sevgi dolu ürəyin var? Amma Rəsulullahın (s.a.s) namaz üstə durmaqdan dizləri şişmişdir. Görürsən dostum. Bəhanələr işə yaramır.

Dostum gəl uzatmayaq. Nə deyirsən indi? Deyəcəksənmi "ey ürəyim tövbə et, Allaha olan sevgilə coş, mən namaza başlayıram." Hazırsanmı? Dostum ölümdən sonra səfərin uzaq amma azuqətin çox azdır... Nə qədər gec deyil başla. Tövbə et. Bu dünya sınaq üçündür. Nəfsinə uyub aldanma. Sabah-sabah deyə-deyə namazı saxlama. Ölüm haqdır. O bir gün gələcək. Mütləq gələcək.
 

2 şərh

BaKiNeC
ALLAH rəhimli və bağışlayandır.ALLAHın Rəsulu Peyğəmbər (s.a.s) deyirdi ki, `Namaz möminin ruhunun meracıdır`.Əgər insanlar Namazın ləzzətini bilsəydilər bütün hər şeylərini atıb ancaq Namaz qılardılar.ALLAHın Rəsulu Peyğəmbər (s.a.s) deyirdi ki, `Ac yeyir doyur amma mən Namazdan doymuram`.ALLAH özü bizləri sevdiyi bəndələrdən qərar versin.AMİN.
Old_Baku_
Fikirlərinə hörmət edirəm.Sənə məsləhətim odur ki,Bakinec əgər söhbət Əfəndimiz (s.a.v.) gedirsə o zaman,(Allah Rəsulu (s.a.v.) buyururdu)  deyə qeyd et.Deyirdi ki, düzgün ifadə deyil.Bu sadəcə məsləhətdi.Yenə qeyd edirəm fikirlərinə və sənə hörmət edirəm.