Xəyanətin cəzası


Bir Gün Yavuz Sultan Səlim bazarların birini gəzməyə qərar verir və göyərçin satılan bir yerə tərəf yönəlir.
Bütün göyərçinlər 1 qızıldır,amma bir dənəsi ayrı bir qəfəs içində və 50 qızıldır.

Yavuz Sultan Səlim soruşur :
— Bunlar 1 qızıldır bəs o biri nə üçün 50 qızıldır?
Satıcı :
— Sultanım 50 qızıllıq qiyməti olan öz cəhcəhi ilə digər göyərçinləri öz yanına çəkir və tutulmalarına şərait yaradır.

Yavuz Sultan Səlim 100 qızılı çıxarıb satıcıya verir və ver o quşu mənə deyir.

Hər kəs təəccüb içində, nə edəcək görəsən bu böyük sultan bir göyərçin quşunu deyə düşünərkən; Yavuz Sultan Səlim quşun başını tutub gövdəsindən ayırır və deyir:

-ÖZ İRQİNƏ XƏYANƏT EDƏNİN SONU BUDUR!!!
 

8 şərh

Medikamentoz
Sultan Səlim öz düşüncəsinə görə qərar verib,mən olsam onu azad edərdim,öz İrqini bir araya toplaya bildiyi üçün.
_BUMERANQ_
Sizin yanaşmanız da maraqlıdı.

Amma Sultan Səlim onu yaxşı bilirdi ki, o göyərçini azad buraxsa da ətrafdakılar mütləq bir yolunu tapıb onu yenə ələ keçirə bilər.
Bu məntiqlə ən doğru qərar elə budu.
İkinci bir məsələ də budu ki, Səlim özü sultan olduğu üçün bu davranışı ətrafdakılara dərs olsun deyə edib.

Hər halda hakimiyyət səndədisə, qəddar olmalısan. 
Medikamentoz
Sultan Səlim haqqında irəli sürdüyünüz fikir mənim beynimdə olan ilə eynidir.Mən demədim ki əshv edib,sadəcə dedim ki,öz düşüncəsinə görə qərar verib.Düşüncəsinin də necə olmasını yazmısınız,əllərinizə sağlıq :)
Deniz-Xeyale
Sultan Səlim doğru edib.O üreyinin sesine yox,olacaqları görüb bildiyi üçün bunu edib
Aysel77
Qəddar ama doğru qərar!
Medikamentoz
Niyəsə yalnış və doğru qərar verməkdə tələsirik,kommentlər də bunu göstərir.
azadmamedov90
hec dexli var? qus basi uduyune gore kimlerise qorxutmaq...?>
Ramil
Söhbət göyərçinlərdən getsə də, Bu insanlara aid edilir. «Qızım, sənə deyirəm, gəlinim, sən eşit»!