Nəyə necə baxırıq


Hər dəfə mübahisə edən iki nəfəri görəndə bu mənə bir psixologiya professorunun bir test sualını xatırladır.Bir dəfə bu professor tələbələrinə bir test sualı verir və bu sualda tələbələrindən bir qarışqanın ətrafındakı heyvanları hansı siniflərə ayırdığını soruşur.Nəhayət,ümumi cavab aşağıdakı kimi olur…

1)Şir,pələng,əqrəb,ilan və s. kimi xoşxasiyyət heyvanlar.
2)Toyuq,xoruz,qaz,ördək və s. kimi bədxasiyyət heyvanlar.

P.S:Hər şey nəyə necə baxmağımızdan asılıdır.

8 şərh

Medikamentoz
Bu şübhəsizdir,ancaq mətn ilə ideya arasındakı bağlılıq zəifdir.
Shabnam_Ilham
Əgər hər hansı heyvan insanı öldürərsə bu vəhşilik, əksinə insan heyvanı öldürərsə bu ov adlandırılır. Bu ifadəyə bənzədi lap… Təşəkkürlər topik üçün :)
Medikamentoz
Axı mövzunun irəli sürdüyü aktuallıq ilə mətnin özü arasında nə oxşarlıq varki.biri mənə izah etsin.
Lakers
yəni ki,mübahisə edən tərəflər öz mövqeyindən geri çəkilmir,fikrini dəyişmir...Hərə gördüyünü dərk etdiyi qədər çatdıra bilir.Mübahisə də elə burdan yaranır.Ona görə də tərəflərdən biri gördüyünü öz gördüyü formada qarşı tərəfə çatdırana kimi mübahisə uzanır...Bu topikdə də çox aydın bir izah gətirilib..
 
Medikamentoz
Maraqlı yanaşman var,alqışlayıram.
Aysel77
MAraqlıdır._)
Medikamentoz
Uninteresting,really :)
azadmamedov90
2ci punktdakilar qarisqa yeyen,1deki ise yemir,ve ya onlar qariqa ucun yem saxlayir,ne bilim anlamadim...mencede unintersting, ama her seyin menasi ve gozelliyi var…