Bədbəxt əsgər

Əsgərlikdən evlərinə qayıtmağa hazırlaşan oğul anasina zəng edir:

— Anacan, gələndə əsgər yoldaşımı da özümlə gətirəcəyəm.

— Nə olar, bala, gətir.

-Anacan, amma onun ayaği kəsilibdir, qəbul edərsinizmi?

-Bala, düz deyirsən gətirmə bizə əziyyət verər.

-Anacan, elə isə məni bağışla, mən ömrüm boyu sənə əziyyət verəcəyimi bilə-bilə yaşamağa haqqım yoxdur...!

13 şərh

asel
bunu oxumuşdum. yenə də zəhmətə görə təşəkkür
Medikamentoz
Sonu qaranlıq qaldı,yəni ki əsgər intihar edir?

Əgər əsgər çətin vəziyyətə hazırlanmış insandırsa niyə intihar edir,intihar edirsə bu sistem ona əslində nəyi öyrədib? 
Ramil
elbette intihar edir
WinRar
Mən belə düşdüm ki, ayağı kəsilən oğlan elə özüdür. Ona görə də anasına deyir ki, mən sənə ömür boyu əziyyət verə bilmərəm.
Ramil
Bəli. Şərh üçün təşəkkür edirəm.
Lale-Penahova
bunu oxumusdum ama ne qeder oxusamda her defe oxuyanda mene cox pis tesir edir allah butun esgerlerimizi qorusun amin
Ramil

AMİN!

Şərhə görə çox sağ olun.

babayeva_sabina
qısa da olsa mənalı və düşündücüdür
veten453
bu bizim əsgər olar mütləq?
Ramil
bilmirəm, rəvayət də ola bilər.
reality_man
Bizim esgerlerden Mubariz kimileri de var…
Ramil
şərhə görə təşəkkürlər