Son anda gələn yardım.

    Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham vardı. Hər yer insanlarla dolu idi.  Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimisi sağa-sola qaçır, kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi.              Sanki ürəyi yerindən çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məşhər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağırılırdı. Növbə ona gəlib çatmışdı. Onun adını çəkmişdilər. Təşviş içində sağa-sola baxır. Dodaqları titrəyə-titrəyə:          -Məni çağırdınız? -deyir.
       İzdiham birdən aralanır, qarşısında bir yol açılır. İki nəfər qollarına girir. Bunlar məşhər meydanının xidmətçiləri idi. İzdihamın arasından  çaşqın baxışlarla keçir. Meydanın mərkəzinə gəlirlər. Xidmətçilər yanındanuzaqlaşırlar. Başı önünə əyilir… Bütün həyatı gözünün önündən gəlib keçir. Öz-özünə:           -Şükürlər olsun, gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan  insanları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostları ilə dini söhbətlər təşkil edir, malını İslam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara Allahdan danışdım. Namazımı qıldım, orucumu tutdum. Fərz olan nə varsa, yerinə yetirdim, haramlardan uzaq durdum.
      Bunları düşünərkən yanaqlarından yaş süzülürdü. Öz-özünə:          -Rəbbimi sevirəm, heç olmasa sevdiyimi düşünürəm,- deyirdi. Amma bir tərəfdən də:           -«Onun üçün nə etsəm, yenə azdır, bu mənim cənnəti qazanmağıma kifayət etməz. Yeganə ümidim Allahın bağışlaması və rəhmətidir»- deyə düşünürdü.
      Hesab çox uzun çəkdi. Qorxudan muncuq-muncuq tər tökür, tir-tir titrəyirdi. Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət,  oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Hökm veriləcəkdi. Öncə adı oxundu. Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi. Birdən məşhərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi, nədir? Onun adı «cəhənnəmliklər» siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. «Ola bilməz „- deyə qışqırdı. Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq:“Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam»-deyirdi.           Göz yaşları titrəyən vücudunu islatmışdı. Məşhər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başlayırlar. 
           Xidmətçilərin qolları arasında çırpınırdı… Bir qurtuluş yox idimi? Bir yardım edən olacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışlarla qarışıq kəlmələr süzülməyə başladı… «Oruclarım… Oxuduğum Quranlar… Namazlarım… Heç biri xilas etməyəcəkmi?» Ağlaya-ağlaya yalvarırdı. Alova yaxınlaşmışdılar. Başını geriyə çevirdi. Son çırpıntıları idi.          Rəsulullah(s.ə.v):«Birinizin qapısının ağzından çay axsa və o çayda gündə beşdəfə yuyunsanız, üzərinizdə heç kir qalarmı? Namaz da belədir. Allah onun sayəsində bütün günahları silər» buyurmamışdımı? Son dəfə «Namazlarım da mı mənim dadıma çatmayacaq?»- deyə düşündü və «Namazlarım»-deyə hıçqırdı. 
    Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxuruun başına gətirirlər. Alovların istisi üzünü qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidini tamam itirmişdi. Qollarını sıxan əllərin boşaldığını hiss etdi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun bibinə yumalandı. Alovların içərisinə doğru sürətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başını qaldırıb yuxarıya baxdı. Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:          -Siz kimsiniz?           -Mən sənin namazlarınam.           -Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm.           Qoca acı-acı gülümsəyərək başını yellədi:           -Sən məni həmişə axıra saxlayırdın, xatırladınmı?...       Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və "Əlhəmdulillah, çox şükür ki, yuxu imiş" -dedi. Sonra çöldə gələn səsə qulaq asdı. Yatsı(gecə) azanı oxunurdu. Ox kimi yerindən sıçradı, dəstəmaz alacaqdı...                                                                                                                      Abdullah Dəmir, «Sızıntı»dərgisi, 1998,Yanvar nömrəsi
 

7 şərh

asel
ay, çox pis oldum. mən də necə böyük günahkaram Allah qarşısında. 
Ramil
Quranı bir dəfə tam şəkildə oxumuşam və inanın ki, oxuyan zaman həyata baxışlarım tamailə dəyişmişdi, mənə elə gəlirdi ki, ölümdən qorxmuram.
pascal
Hər dəfə namaza gecikəndə bu sözləri xatırlasam da, yenə istisnalar olur. «Namaza demə işim var, işə de, namazım var»
tarixci1919
Hər üçünüzə diqqətə görə təşəkkür edirəm, həyatımızın bir parçası olan namazlarımız təki Allah qarşısında qəbul olsun. Düşünürəm ki, nəyi səhv etdiyimizi anlamışıqsa heç vaxt itirmədən düz bildiyimizi etməliyik. Təki düz bilidiyimiz yol Allahının yolu olsun.
kagizgemiler
çooxsağolun.ALLAH RAZI OLSUN
heyatin-ellerinde
Mən hər namaz vaxtı gələndə Allahın məni hüzuruna çağırdığını düşünürəm...Bu şəkildə çalışıb vaxtında namaza gedirəm.

Bir gün namaz vaxtı 1 nəfər yatıb qalır.Qəzanı qılandan sonra davamlı ağlayaraq Allaha onu dura bilmədiyi üçün bağışlamağını istəyir.Allah onun göz yaşlarına görə,bunu ürəkdən istədiyinə görə bağışlayır və ona 70 namaz savabı verir.Sabah yenə dura bilmir.Lakin bu dəfə şeytan onu durğuzur.Adam məəttəl qalır.Səbəbini soruşanda Allah bir daha sənə o qədər savab bağışlayacağından qorxdum deyir.

Hər qəzaya namaz qalanda düşünək ki Allah hər şeyi atıb yanına getməmizi istəyir.Və verdiyi 24 saatdan sadəcə 1-in ona ayırmamızı istəyib.  ALLAH HAMIMIZIN NAMAZINI QƏBUL ETSİN.....AMİN
tarixci1919
Çox sağ olun, əziyyət çəkib oxuyursunuz, dəyərləndirirsiniz.Bu yazı İnsanlara nəyisə çatdıra və ya xatırlada bilibsə mənə çox xoşdur.