Bir ananın faciəsi : dəqiqədə 18 dəfə...

O, beş ildən bəri oğlunu ölməyə qoymur. Balasını həyatda saxlamaq üçün artıq beş ildir ki, dəqiqədə 18 dəfə plastik balonu sıxır.O, övladına nəfəs verir.

«Ana, səninlə nəfəs alıram» deyən oğul sözlərində yanılmır, çünki sözün məcazi yox, hərfi mənasında belədir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Fu Huepen sürdüyü motosikletlə qəzaya düşəndə 25 yaşı var. İndi o, 30 yaşındadır və artıq 5 ildir ki, yataq xəstəsidir.
Bədəni boğazından aşağı iflic olan Fu müstəqil şəkildə nəfəs ala bilmədiyindən süni tənəffüs qurğusuna ehtiyacı var.
Funun valideynləri kasıbdırlar və bu səbəbdən onu xəstəxanadan evə apararaq, anbarda ona «palata» yaradıblar.

Həmin vaxtdan bəri Fuya anası qulluq edir.
Həyətdəki «anbar» otaq-palataya çevrilib və Funun atasının hazırladığı əldəqayırma, kustar «süni tənəffüs qurğusu» vasitəsilə 30 yaşlı gənc ölməyib.
Anası isə dəqiqədə 18 dəfə plastik balonu sıxmalıdır ki, oğlunun ağciyərlərinə hava getsin, Fu nəfəs ala bilsin.

Fu süni tənəffüs qurğusundan cəmi 3 dəqiqə məhrum olarsa, öləcək.

Süni tənəffüs qurğusunun ideya müəllifi Funun kiçik qardaşıdır.
Onun atası Fu Minzu və anası Van Lanqin beş ildən bəri yatağa məhkum gəncin qulluğunda dururlar.
Funun anası illərdən bəri reanimatoloq balonu vasitəsilə oğlunun ağciyərlərinə hava vurduğundan qadının barmaqları əyilib.

Fu fasiləsiz nəfəs almalı olduğundan onun atası, anası, iki bacısı və qardaşı növbə ilə balonu sıxırlar.

Dəqiqədə 18 dəfə, gecə-gündüz, fasiləsiz...

Yalnız gecə saat 1-dən sonra 15 dəqiqəlik istirahət var. Bu zaman Funun kiçik qardaşının hazırladığı DİY ventilyatoru Funun ağciyərlərinə hava vurur.

Qurğu elektrik mühərriki ilə işləyir və mühərrik klapana hava vurur, sonra o hava plastik balona gəlir.

Balon da sıxılmalıdır ki, plastik boru ilə Funun boğazına, traxeyasına hava getsin.

"Çox çətindir, məşəqqətdir, əzabdır. Amma dözürəm. Çünki Fu yanımdadır, sağdır, nəfəs alır. Ona nəfəsi biz veririk. Ağır olsa da, sevinirik ki, Fu sağdır", — ana Van Lanqin deyir.

Plastik balonu sıxmaqdan barmaqları əyilən, eybəcərləşən ana bu sözləri deyir, ağlayır. Amma onun yaşlı gözlərində sevgi var.
Yataqdakı oğluna baxanda Van göz yaşları içində gülümsəyir.

Ağrısa, əzab çəksə də, Funu ölməyə qoymur.
Funu isə ölümdən içində hava olan balonun sıxılması ayırır.
Dəqiqədə 18 dəfə...   Son verilən məlumata görə əldəqayırma süni tənəffüs aparatı ilə yaşayan Fu Huenpenin həyatında dəyişikliklər başlayıb.

Bu gün səhər saatlarında Şanxay şəhərindəki iki şirkət Funun müalicəsi ilə bağlı bütün xərcləri ödəyəcəyini bildirib.

Tayçjou şəhərindəki 1-ci Xalq Xəstəxanasının baş həkimi isə bəyan edib ki, bu axşam Fu Huepen xəstəxanaya aparılacaq və onun ilkin müayinəsindən sonra müalicəsinə başlanacaq.

Funun müalicə xərclərinin ödənməsi ilə bağlı Tayçjouda xeyriyyə qrupu da formalaşdırılır.

Eyni zamanda, Funun anası Vanın barmaqları da müalicə olunacaq. ALLAH bütün xəstələrimizə şəfa versin.AMİN.
        Mənbə: www.milli.az 

2 şərh

reality_man
Analarimizin qedrini vaxtinda bilmeliyik,
babayeva_sabina
allah kömək olsun
inşallah allah oananin əziyyətini itirməz