O da sənin anandır

İllər uzunu bir-birinizin həsrəti ilə yaşadınız, sevgi məktubları, mesajlar yazdınız… qayınana gəlinQovuşacağınız günü gözləyə-gözləyə bir gün bu ayrılığa sən də “əlvida” dedin, gəlin köçdün sevdiyinin evinə. İndi bir özünsən, həyat yoldaşındır, bir də qayınanan. O səni öz balasıtək əzizləyir, heç övladından ayırmır. Şübhəsiz, bu nəvazişin qarşılığını sən də xoş rəftarınla ödəməliydin. Lakin...

Hərdən rəfiqələrin yanına gəlir, söhbət söhbəti çəkir. Qayınanandan söz düşəndə indi ağzını büzürsən: “bütün günü əsəbimlə oynayır: onu elə eləmə, bunu belə eləmə...” deyə söylənirsən. Halbuki, qapınıza gəlib razılığını aldığı gün sevincdən ağlamışdı qayınanan. Səni evinə gətirəndə oğlundan az sevinmirdi. Elə indi də: “qızım” deyə çağırır səni. Amma sənsə, ayağını bir başmağa dirəyib ağbirçək vaxtında ixtiyar qocanı övladından, nəvəsindən ayırmağa can atırsan. Bir gün sən də qocalacaqsan, bir gün sən də oğul evləndirib qayınana olacaqsan. Fikirləş, yaxşı-yaxşı götür-qoy et, sabahını düşün: sevdiyin insanın anasını anan kimi qəbul et. 

 

6 şərh

Mesopatomian
Allah bu gəlin qayınana məsələsində oğlanlara səbr versin )) 
bu qısqanc müharibənin qurbanı olmasınlar. 
asel
oğlanlar nə vaxtdan qurban olur bu məsələdə?əsas  gəlinlər qurban olmasın.
pascal
Oğlanlar bu münaqişədə «hakim» mövqeyindədirlər. :))
asel
ay yaşa. mən tapıb deyə bilmədim, siz dediz
reality_man
Ay xanimlar, butun bu problemlerin yashanmasini istemirsinizse indiden geleceyi dushunun, Heyat yoldashinizin dediyi kimi coxlu ushaq sahibi olmaqa calishin, Hamile qalmaqi ozunuze problem etmeyin. Etmeyin ki, gelecekde coxlu oqlunuz olsun ki, ilin her feslini bir gelininizle kechiresiniz.
rezerv
Bir qız oğlanın valideyinlərini sevmirsə, demək oğlanı da sevmir. Çünki, onlar sənin sevirəm dediyin oğlanın ana və atasıdır. Ata və anaya hörmət qoymursansa sevirəm dediyin şəxsə necə hörmət qoyacaqsan? İnsanı sevməyəni Allah da sevməz…