İnsanlıq dərsi.

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinfə bir qaşqabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə lövhəyə " 1 " rəqəmini yazır.

— " Baxın " — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey. „

Sonra “ 1 » in yanına " 0 " rəqəmini yazır: " Bu uğurdur. Uğur qazanmış insan 1-i  10 edir. "

Bir " 0 " da artırır. " Bu təcrübədir. 10 olduğunuz vaxt 100ə qaldırar sizi "

Beləliklə " 0 " lar uzanıb gedir. «Bacarıq… Ciddiyyet… Sevgi… „

Əlavə olunan hər “ 0 » ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı " 1 " i silir. Demək istədiyi son fikri də uşaqlara çatdırır.

 " İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ! " 

 

4 şərh

seyidova
sonda elediyi ve elediyi ela olub teşekkürler eşitmişmemişdim belesini
pascal
Gözəl sözlərdir.
Sıfırı daha nələrin yanına qoyduqda ona dəyər qazandırar..? Burda onu görə bilərsiz.
www.youtube.com/watch?v=2ttbqNby_As
elshad
Fikirləşdirici nəşrdir amma təkrardı.  
kayzen.az/blog/3699/şəxsiyyətiniz-yoxsa---.html
heyatin-ellerinde

Mən bu topiki nəşr etmədən əvvəl saytda axtarış vermişdim. Hansısa səbəblərdən bunu tapa bilmədim.Yəqin ki, ad müxtəlifliyindən baş verib. Təkrarçılıq olduğuna görə bağışlayın, amma oxunmuşdusa da bir daha xatırlandı