Qəribə ölüm

Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bucəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc balonu ilə «tam təchizatlı» bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxdı...

Əslində hadisə belə baş vermişdi. Dalğıc o gün meşədən  20 kilometr məsafədən dənizə girmişdi. Meşədə yanğın baş verəndə yanğınsöndürən vertolyotları su götürmək üçün o dənizə getmişdilər. Və su çənlərini dənizə salaraq, oradan yanğını söndürmək üçün su çəkmişdilər. Bu vertolyotlardan biri körfəzdən su çəkərkən, dalğıcı da su ilə birlikdə "çəkmişdi". Sonra da yanğın yerinə apararaq, orada (üstəlik də, neçə metr yüksəklikdən) yanğının içinə atmışdı.

P.S. Allah hər şeyi hikmətlə yaradır.

 

Ailəm jurnalı

 

1 şərh

Ramil
Bu sirli dünyada təsadüfdən nələr baş vermir ki?!