Yalançı azadlıq

Bir gün burun azad olmaq istədi və öz-özünə: «Niyə göz üçün ola-ola bu gözlükləri mən daşımalıyam? Niyə göz üçün ola-ola bu gözlüklərin yükü mənim üstümdədir? Elə isə necə olursa-olsun, bu gözlüklərdən xilas olmalıyam», — dedi. Və sonra da elə bərkdən asqırdı ki, gözlük yerə düşüb xıncım-xıncım oldu. Beləliklə, göz gözlüksüz görə gilmədiyi üçün yolunu azdı və çox keçməmiş burun bir ağacın gövdəsinə dəyib əzildi...

 

Ailəm jurnalı

 

1 şərh

sevil1
Yaxşı ki sınmayıb, çünki çətinliyə qatlaşmaq istəməyib. :))