Nəyi, necə anlayırıq?..

«Qreater Aydaho Folls» adlı məşhur elmi sərgidə bir lisey şagirdi sərgiyə tamaşa etməyə gələnləri hazırladığı layihəni imzalamağa dəvət edirdi. O «dihidrogen monooksid» adlı maddənin qadağanwater  olunmasını, ən azı ciddi nəzarət altında saxlanılmasını tələb edirdi. Şagird divardan aşağıda stenddə bu maddənin zərərlərini belə sıralayırdı:

1. Ciddi tərləmələrə və qusmalara səbəb olur.

2. Təbiətə böyük ziyan vuran turşu yağışlarının əsas tərkib hissəsini təşkil edir.

3. Qaz halında olduqda çox ciddi yanıqlara səbəb olur.

4. Avtomobil əyləclərinin təsirini azaldır.

5. Erroziyaya səbəb olur.

6. Bu maddə ilə nəfəs aldıqda və ya ciyərlərə dolduqda ölümə səbəb olur.

7. Ölümcül xərçəng hüceyrələrinin hamısının tərkibində var...

Lisey şagirdinin hazırladığı bu layihə ilə bir saat ərzində 50 tamaşaçı tanış oldu. 43 nəfər bu maddənin qadağan olunmasını tələb etdi, 6 nəfər isə sadəcə olaraq bitərəf qaldı. Yalnız bir nəfər, bəli, yalnız bir nəfər bu maddənin H2O, yəni, su olduğunu bildirdi. Və şagirdin layihəsi «Nə qədər asan aldanırıq!» müsabiqəsində birinci mükafatı aldı. «Layihənizin məqsədi nə idi?» sualına isə şagirdin cavabı sadə idi: «Qarmaqarışıq elmi ifadələrlə insanların necə aldandığını göstərmək»...

Ailəm jurnalı

4 şərh

WinRar
Bir az elmi biliyi olan hər bir kəs asanlıqla anlaya bilər ki, Dİ+hidrogen = 2 hidrogen, Mono+oksid  = tək oksigen deməkdir. Bütün bunlara baxmayaraq çox maraqlı məlumatdır. Bəzən insanlar uzun və qəliz elmi cümlələrə aldanırlar.
Consuelo
Həqiqətən də maraqlı məlumatdı.Bunun su olduğunu anlayanda təəccübləndim.Həqiqətən də elmi dil adamı ciddi şəkildə yanılda bilirmiş.
babayeva_sabina
mən elmi dili oqədər də başa düşmürəm amma yenə də maraqlı idi 
SHATENKA407
yaman kəllə uşaq olub ))