Kim haqlıdır?

Professor konfrans salonuna girdi. Ancaq salonda ilk sırada oturan bir qocadan başqa heç kim yox idi. İstər-Lecture-hallistəməz çıxış edib-etməmək barədə tərəddüd etdi. Buna görə də, qocadan:

— Burada yeganə adam sizsiniz. Sizə görə mən çıxış etməliyəm, yoxsa etməməliyəm? — deyə soruşdu.

Qoca cavab verdi:

— Oğlum, mən adi bir mehtərəm. Ona görə də, bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımım qaldığını görsə idim, yenə də ona yem verərdim…

Bu sözlərdən çox təsirlənən professor çıxışa başladı və nə az, nə çox iki saat çıxış etdi. Təbii ki, professor çıxışından çox razı idi. Ancaq qocanın da razı olub-olmadığını öyrənmək üçün:

— Hə, çıxışım necə idi? — deyə soruşdu.

Qoca cavab verdi:

— Oğlum, mən əvvəl də demişdim, indi də deyirəm. Mən adi bir mehtərəm və bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımın qaldığını görsə idim, yenə də ona yem verərdim, ancaq əlimdəki bütün yemi ona verib heyvanı "öldürməzdim"...

 

5 şərh

AZERBAIJAN123
Görəsən o mehtərin nə işi var imiş orda? sağ olun maraqlı yazıdır)
velili_hemide
Ola bilər ki, dinləməyə gəlib. Yəni ola bilər.
imtogrul

Anladığım qədərincə professor qarşısındakının mehtər olduğunu nəzərə alıb, çıxışını ona görə uyğunlaşdırmalı idi… Belə bir deyim var: «nə qədər ağıllı danışırsan danış, yalnız qarşındakının səni anlayacağı qədər danışmış olursan». Məncə mehtər son fikrində bunu demək istiyirmiş

babayeva_sabina
seninle raziyam.maraqlı hekayədir TƏŞƏKKÜRLƏR!
velili_hemide
Bir şey deyil. Xoşunuza gəldiyinə sevindim. Qiymətləndiriyiniz üçün çox sağ olun!