Sədəf çiçəyi susuz qaldı...

Məhkəmə zalında, səksən yaşlarındakı qoca cütlüyün vəziyyəti ürək acısıydı… Adam inadçı baxışlarla, susqun nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözlərini süzürdü. Hakim tox səsiylə, yaşlı qadına:

— Danış xala, niyə boşanmaq istəyirsən?

Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra, qısılmış səsiylə danışmağa başladı:

— Bu insan  məni 50 ildir bezdirib həyatdan…

            Sonra uzunca bir səssizlik hakim oldu, məhkəmə zalında… Səssizlik, bu cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşı ilə  pozuldu… Kim bilir necə bir başlıq yazacaqdılar, yaşanmış 50 ilin ardından? Çox sayda jurnalist izləyirdi iddianı… Qadın nələr deyəcəkdi? Hər kəs, onu dinləyirdi… Yaşlı qadının gözləri doldu və davam etdi:

— Bizim bir sədəf çiçəyi vardı, çox sevdiyim… O bilməz… 50 il əvvəl idi… O çiçəyi mənə verdiyi çiçəklər arasından qopardığım bir yarpağı toxumlamış, elə böyütmüşdüm. Övladımız olmadı onları balam bildim. Bir müddət sonra çiçək qurumağa başladı. O zaman əhd etdim. Hər gecə günəş doğmadan əvvəl, bir  qab suyla sulayacağam  ​​onu deyə… Bu sədəf çiçəyi üçün xeyirlidir deyərdilər… 50 il oldu, bu insan  bir gecə qalxıb bir dəfə də bu çiçəyi mən sulayım demədi. Taa ki keçən gecəyə qədər… O gecə çox yorulmuşdum.Oyana bilməmişəm… Mən, belə bir adamla 50 il keçirdim. Həyatımı, ümidimi, hər şeyimi verdim. Ondan heç bir şey görmədim. Bir dəfə də olsun, mənim etdiyim  vəzifələrdən birini etməsini gözlədim. Onsuz daha yaxşıyam, and içərəm.

Hakim qoca adama dönərək:

— Deyəcəyin bir şey varmı, ata? dedi.

Yaşlı adam çəliklə  çətinliklə  getdi kürsüyə, o ana qədər günahlandırılmış olmanın utanğaçlığını hiss etdirən üz ifadəsiylə, hakimə döndü.Tək tək danışdı:

— Əsgərliyimi Reisicumhur köşkündə bağban olaraq etdim. O bağçanın gözəl görünməsi üçün bütün gücümlə çalışdım. Fatiməmi də orada tanıdım. Sədəfi də… Ona ən gözəl çiçəklərdən buket verdim. Yeni evləndiyimizdə, boyun ağrısı səbəbiylə, onu həkimə apardım. Həkim "Çox uzun müddət oyanmadan yatsa, boynundakı əhəng sərtləşər, pisləşər" dedi. «Hər gecə yuxusunu bölüb oyanmalı,gəzməlidir» dedi. Həkimin dediklərinə çox fikir vermədi.Məni də dinləmədi.O günlərdə  təsadüf, bu çiçək qurumağa başladı. Mən ona: "Çiçəyi gecələr sularsan tezliklə əvvəlki vəziyyətinə qayıdar" dedim. Əhd elədi… Hər gecə oyandı və onu suladı. O sevdiyim qadını, balası bildiyi çiçəkləri sularken seyr etdim. Hər gecə, o çiçək mən oldum sanki… dedi adam.

O yaşdakı bir adamdan gözlənilməyəcək ifadələrlə ...

— Hər gecə, o yatdıqdan sonra oyandım. Dibçəkdəki  suyu boşaltdım. Çünki ,sədəf, gecə sulanmağı sevməz, hakim bəy… Keçən gecə də… qocalıq… Mən də oyana bilmədim. Oyandıra bilmədim… Çiçək susuz qalardı amma,Fatiməmin boynu yenə ağrıya bilərdi… Özümü günahkar hiss etdim… Heç nə deyə bilmədim...

 O anda jurnalistlər daxil, məhkəmə zalındakı hər kəs ağlayırdı .Ertəsi gün qəzetlər «Sədəf susuz qaldı » deyə sadəcə məhkəmənin nəticəsini yazdılar.

 

                   Sevgidə alicənab, amma sevdiklərimizin qəlbini  qırmaqda olduqca xəsis olaq! ...

 

2 şərh

velili_hemide
Əslində sizin yazınız daha gözəldir, yəni bu daha genişdir. Amma kayzendə  Nərgizgülünü sulamaq — bunu axtarışa verin. Yazının oxşarı var imiş :)
member
Bəyənmənizə sevindim.Haqlısınız doğrudan da var imiş.Amma mən axtardıqda tapmamışdım yazılmadığını düşünüb yazmışdım.Gələn dəfə daha diqqətli olaram. Xəbərdarlıq etdiyinizə görə sağolun.