7 gerçək

Neçə ildir mənim yanımdasan?

  — 20 ildir .

  — Bu zaman müddətində məndən nə öyrəndin?

— Heç bir şeylə dəyişməyəcəyim yeddi gerçək öyrəndim.

  — Ömürüm səninlə keçdiyi halda cəmi 7 gerçəkmi öyrəndin?

— Bəli.

— De nələr öyrəndin?

  — Baxdım ki hər kəs bir şeyi dost sayır, ona könül verib bağlanır. Ancaq bunlardan demək olar ki hamısı insanı yarı yolda buraxır. Mən isə, məni heç buraxmayacaq, ölümdən sonra belə mənimlə gələcək şeyləri axtardım. Və dost olaraq yaxşılıqları seçdim özümə. Çünki onlar sonsuz bir yüksəlmə səfərinə çıxmış insanın heç tükənməyəcək azuqəsi və ən gerçək dostlarıdır.

— Çox gözəl, ikincisi nədir? — Baxdım ki, insanların bir çoxu keçici dünya dəyərlərinə dörd əllə tutunub onları qoruyur, kassalarda saxlayır, itməməsi üçün hər çarəyə müraciət edir. Kimi zənginliyinə, kimi gözəlliyinə, kimi şanına yapışıb, onları əldən çıxarmamaq üçün hər şeyi edir. Halbuki mən varlığımı və bütün istəklərimi Allaha verib, könülümü tək onun sevgisinə açdım.

  — Davam et! — İnsanların üstün olmaq üçün bir-birləriylə yarışdıqlarını gördüm. Ancaq bir çoxu üstünlüyü səhv yerlərdə axtarır və bir-birinin üstünə çıxaraq yüksəlmək istəyirdi. Amma üstünlüyü keçici dünya dəyərlərində deyil, ağıl və əxlaq tərəfindən yüksəlməkdə, pisliklərin hər növündən əl ətək çəkib, yaxşılıqlara vasitə olmaqda axtardım.

 -Davam et .

  — Yenə baxdım ki, insanlar səhərdən axşama bir-birləriylə mübaribə edir, boş yerə həyatı zəhər edirlər özlərinə. Bütün bunların eqoizm və paxıllıqdan irəli gəldiyini gördüm. Və könülümü bu çirklərdən təmizləyərək, hər kəslə dost olub, dinclik və inam içində yaşamanın yolunu tapdım.

— Sonra?

— Nədənsə hər kəs səhvinin səbəbini başqalarında axtarır və başqalarını günahlandırmaq istəyirlər. Beləcə günahların örtüsü altına gizlənirdilər. Halbuki insanın başına nə gəlirsə öz üzündən və öz əliylə gəlirdi. Bunu bilib tək özümlə mübarizə aparır, nəfsimə qalib gəlməyə çalışdım.

  — Düzdür...

  — Baxdım ki insanlar bu bir loxma çörək və dünya dolanışığı üçün halal haram demədən, hər cür haqqı tapdalamaqdan çəkinmirlər. Həm başqalarının haqqını alıb onları yoxsul buraxmaqla, həm də bu haqsızlığın əzabını ağır bir yük kimi vicdanlarında daşımaqla iki dəfə pislik etmiş olurlar. Halbuki doğru yaşanıldığında və haqq bölüşüldüyündə dünya nemətləri insanlara bəs edərdi.

— Və yeddinci?

— Yeddinci olaraq bunu gördüm ki, insanlar bir şeyə söykənmək və inanmaq ehtiyacındadırlar. Kimi zənginliyinə, kimi gözəlliyinə… Bunların hamısı da bir müddət sonra yıxılacaq süni dəstəklərdir. Mən isə tək Allaha sığınıb tək ondan kömək dilədim. Və bunun qarşılığı sonsuz bir inam oldu.

— Səni təbrik edirəm. Mən də illər ili bütün din kitablarını araşdırdım. Hamısının bu 7 gerçək ətrafında fırlandığını gördüm.


        
 

7 şərh

velili_hemide
Yazı maraqlı idi və sağ olun. Mənim daha çox bu fikirdən — Nədənsə hər kəs səhvinin səbəbini başqalarında axtarır və başqalarını günahlandırmaq istəyirlər — xoşum gəldi.
pascal
İnsanın insan kimi yaşaması üçün həyat dərsi. Hər kəs bunlara əməl etsəydi, dünya güllük-gülüstanlıq olardı. Eeh...
Gözəl yazıdır. Təşəkkkür. 
heyatin-ellerinde
Ümümi baxışda gözəl və insanlıq üçün faydalı yazıdır. Çox sağ olun.  Ən çox bəyəndiyim hissə " bir çoxu üstünlüyü səhv yerlərdə axtarır və bir-birinin üstünə çıxaraq yüksəlmək istəyirdi" cümləsi oldu.
Ramil
Unutmayaq ki, biz bu dünyada müvəqqəti «qonağıq». 
member
Qiymətləndirdiyinizə görə hər birinizə təşəkkür edirəm.
The_Secret
Yeddinci olaraq bunu gördüm ki, insanlar bir şeyə söykənmək və inanmaq ehtiyacındadırlar. Kimi zənginliyinə, kimi gözəlliyinə… Bunların hamısı da bir müddət sonra yıxılacaq süni dəstəklərdir. Mən isə tək Allaha sığınıb tək ondan kömək dilədim. Və bunun qarşılığı sonsuz bir inam oldu.
Sonuncudan sonra artıq şərhə  ehtiyac yoxdu.
Diamonds
Çox bəyəndim.Allah razı olsun.Kaş hamı bunlara əməl edəydi...