Harun Ər Rəşid və yuxuyozanlar

Harun Ər Rəşid və yuxuyozanlar

Bəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. "Necə deyərlər nə şiş yanar nə kabab". İlk dəfə mən bu əhvalatı  eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.

Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.

Harun Ər-Rəşid yuxusunu yuxuyozana danışdıqda, yuxuyozan deyir;

-Yuxu onu göstərir ki, bütün qohum əqraban öləcək və sən tək qalacaqsan.

Bu sözləri eşidən xəlifə əsəbləşir və yuxu yozanı cəzalandırır. Əmr edir ki, daha yaxşı yuxuyozan tapıb gətirsinlər. Başqa bir yuxuyozan gəlir və Xəlifə öz yuxusunu ona danışır. Yuxuyozan deyir:

-Allahın izni ilə bizim hökümdar bütün qohumlarından daha uzun ömürlü olacaq.

Bu sözləri eşidən də isə Harun Ər Rəşid sevinir və yuxuyozanı mükafatlandırır.

 

P. S. Nə fərqi var ki, ya qohum əqraba öldü hökümdar tək qaldı ya da ki, hökümdar qohumlarından hamısından çox yaşadı. Gördüyünüz kimi əhvalatda iki yuxu yozanda məntiqlə eyni olan fikri izah edir. Ancaq bizi cəzalanır o biri isə mükafat alır.

P.S.S. Hər fikri demək olar, ancaq hər şəkildə yox.

14 şərh

papatürk

Belə yerdə deyirlər ki:


Söz var ki baş kəsdirər,söz var ki savaş kəsdirər.


Söz var gələr keçər,söz var dələr keçər,


 

bankir
Həmin yuxuyozanı təcili XİN-də işə düzəltmək lazımdır.
Leyla
Minimum şöbə rəisi.
girl_moon
Bu əhvalatı «Qabusnamə» dən oxumuşdum, mən də çox bəyənmişdim, təşəkkürlər.
Səbinə
Xanım,Qabusnamə yazılanda Harun-ər-Rəşid yox idi.Bu kitabda o hadisə ola bilməz. Adam yalan danışmaz.
girl_moon
Xanım,əgər səhv yazsam üzr istəməyə hazıram, amma mən bu əhvalatı ordan oxumuşam, kitaba nəzər salsanız yaxşı olar, nəinki məni yalançı adlandırmaq.
papatürk
Səbinə,Qabusnamə XI əsrdə İranın bir hpkmdarı tərəfindən yazılıb. O vaxt Harun da vardı,onun haqqında əfsanələr də.Məncə nəsə anlaşılmazlıq var.
Səbinə
Üzr istəyirəm. Mən elə bilirdim Qabusnamə Sasani şahı KeyKavusun dilindən yazılıb.Harun isə Sasanilər dövründə yaşamamışdı.Arada məndə belə səhvlər olub.
girl_moon
Eybi yox Səbinə xanım, səhv hamıda olur ,mən də daxil olmaqla.
IDEAL
Dəyməz. Oxuduğunuz üçün məndə sizə təşəkkür edirəm.
Dior
Fərqi nədi Həsən keçəl ya keçəl Həsən.
Amma gərək bir az texnika işlətməyi də bacarasanda.Dili şirin etmək lazımdı.
bankir
Keçəl Həsən deyəndə vurğu keçəl sözünə olur ki,bu da pis qarşılanır.
araz1989
Çox düzgün mövzuya toxunduz, mənə yuxarıdakı mövzudan və şərhlərdən çox sizin «vurğu» söhbəti maraqlı gəldi. Mən də bir neçə vaxtdı tanışlara «Həsən Keçəl»lə «Keçəl Həsən» arasındakı  fəqri anlatmağa çalışıram.
Hagverdiyev
Bi şeyi qeyd edim ki, yemək yeməyən uşağa deyəndə ki, yemək yesən güclü olarsan. O, yenə də yemir. Ancaq deyəndə ki, güclü olmaq istəyirsən sə yemək yeməlisən, uşaq yeməyə başlayır.