Dəyişə bilməyəcəyimiz dörd şey

 Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda  qadın:

 “ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

   Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!

6 şərh

Ramil
Həyatda dəyişə bilməyəcəyimiz bu dörd ünsürün arxasında çox faktorlar dayanır. Necə deyərlər «daldan atılan daş topuğa dəyər».
pascal
İnsan həyatda səhv edərək doğrunu öyrənir. Atalar «Yanlış da bir naxışdır» deyiblər. Elə bir Allah bəndəsi var ki, səhvsiz, günahsız olsun? Yoxdur. Hər kəsin səhvi də var, günahı da. Amma bu da bizə əsas vermir ki, durmadan ard-arda səhvlər edək. Elədiyimiz yanlışlığı düzəldib əvvəlki hala gətirə bilmərik, düzdü, amma heç olmasa ya «təmir edə», ya da bir daha bu səhvi təkrarlamamağa cəhd etməliyik. Ancaq… zamanında. 
Talibzade
Çox gözəl mövzuya toxunmusunuz. İlk öncə bunun üçün Sizə təşəkkür edirəm. Həqiqətən də bu dörd şeyi sonradan heç bir şəkil də dəyişmək olmur. Necə deyərlər «Söz ağzından çıxmayınca sən onun onun ağasısan. Ağzından çıxdısa, o sənin ağandır». Hər şey öz zamanında və vaxtında gözəldir.Bunun üçün də həyatda heşimançılıq keçirərək «kaş ki» deməmək üçün, atdığımız hər atdımı tələsmədən eləcə də gecikmədən atmaq lazımdır. Allah hər birimizi çarəsiz heşimançılıqdan qorusun. Amin.
Deha
hekayədə çox düzgün buyurulub...bəlkə indi oturub saysaq nə qədər fürsətləri əlimizdən qaçırmışıq
Qanbay_Qasimli
umumiyetle heyat paylasinca gozeldi deye bir qedim turk deyimi var...member sende bu movzuya toxunduquna gore tesekkur edirem
member
Məndə sizə təşəkkür edirəm.