Ana sevgisi

      Sakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçıb yaşlı dünyamıza endi. Mələk tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.

      Günəş batar-batmaz qanadlarını qaldırıb ziyarətim bitdi artıq geri qayıtmalıyam.

      Fəqət buradan bir xatirə ilə dönmək istəyirəm -dedi. Gözəl bir gul bağcasına baxdı və bu gullər qədər gözəl və xoş ətirli görmədim onun üçün xatirə olaraq bu güllərdən götürəcəm -dedi.

      Bu an irəlidə gül yanaqlı bir körpə gördü.


      Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə: Bu körpənin gülümsəməsi götürdüyüm güllərdəndə gözəldir. Onu da özümlə aparmalıyam.


      Bunları söyləyərkən körpənin beşiyini, körpəyə və körpənin beşiyinə sel kimi axan anasının sevgisini gördü mələk.

      O anda yenə öz-ozünə dedi: Ananın körpəsinə olan sevgisi bu dünyada gördüyüm ən gözəl seydir. Bunu da özümlə aparmalıyam.

      Bu üç xəzinə ilə birlikdə cənnətə doğru qanad açdı. Mələk cənnətin qapısından içəri girmədən öncə:

       "İçəri girməmiş, xatirələrimə bir göz atım- dedi:"

       Əlindəki nuketə baxdı. Bütün güllər solmuşdu. Körpənin üzünə baxdı körpənin gülümsəməsi də yox olmuşdu. Ananın sevgisinə baxdı, o bütün gözəlliyi ilə yerində dururdu. 
      Solmuş gülləri və gülümsəməyi cənnətin qapısında atdı və qapıdan içəri girib cənnətdəki hər kəsi yanına cağırdı:

      -Budur dünyada tapdığım və cənnətə qədər gözəlliyini itirməyən tək şey. ANA SEVGİSİ

3 şərh

The_Secret
Gözlərim doldu…
Someone
Çox təsirlidir. Topikə görə təşəkkür edirəm.