İnsanlıqdan seçmələr

Musiqi işıqdır
Moskvada “KoЯn” rok qrupunun çıxışı zamanı tamaşaçılar qəfildən əlil arabasındakı bir oğlanı yuxarı qaldıraraq öz kumirlərini daha yaxşı görməsi üçün onu səhnəyə yaxınlaşdırmışdılar.
 

Super qəhrəmanlar
“Menifes” təmizləmə şirkətinin işçiləri  Le Bonheur uşaq xəstəxanasında kiçik bir bayram təşkil etmək qərarına gəldilər. Pəncərələri çöldən yumaq vaxtı gəlib çatanda onlar super qəhrəmanlar: “Spiderman”, “Batman” və “Captain America” kimi geyindilər. Könüllülərin sözlərinə görə, uşaqlar onlara əl eləyən “Spiderman”i görəndə sevincdən uçurdular.
Mütəxəssislər bu cür müalicə  üsulunun çox faydalı olduğunu deyirlər, çünki xəstəlikləri unutmaq və daha maraqlı şeylər haqqında düşünmək olduqca vacibdir.      


Qəhrəmanlıq şücaəti
Yanğınsöndürən bu pişiyi indicə öz həyatını təhlükəyə ataraq yanan evdən çıxarmışdır. Yenidən normal nəfəs ala bilməsi üçünsə, o,  pişiyə oksigen maskası taxmışdır. 
 

Yaxşı polis
Polis işçisi Larri Deprimo ayaqqabı mağazası qarşısında oturan evsizi görəndə “ Times Square”də gecə növbəsində idi. O, yaşlı evsizə yaxınlaşıb onunla bir az söhbət edib ayaqqabı ölçüsünü öyrənəndən bir müddət sonra əlində isti corab və qış çəkmələri geri qayıtdı. Bütün bunlar şerif ofisinin əməkdaşının gözləri qarşısında baş vermiş və bu səhnəni gizlincə mobil telefonun kamerasına çəkmişdir.
Polis işçisinin kiminsə onu müşahidə etdiyindən xəbəri yox idi, o sadəcə evsizə kömək etmiş və yenidən gecə növbəsinə qayıtmışdı. Şerif ofisinin əməkdaşı evə gəldikdən sonra şəkli Nyu-York polis demartapentinə göndərmiş, onlar isə polis işçisinin şəxsiyyətini müəyyənləşdirərək şəkli öz Facebook səhifələrinə qoymuşdular. 


Risk 
Bu iki norveçli gənc yaxınlıqdan qəribə səslər eşidəndə sadəcə gəzişirdilər. Sən demə, ehtiyatsızlıq ucbatından balaca quzu suya düşübmüş. Daşlardan və bir-birilərinin əllərindən möhkəm yapışan gənclər quzunu xilas etmək üçün öz həyatlarını təhlükəyə atmışdılar.    


Ləyaqətli rəqib
Atlet ayağını burxmuş rəqibinə finiş xəttini keçməyə kömək edir.


Xeyirxahlıq
Kimsə tanımadığı insanı məmnun etmək qərarına gəlib və  pulun qalığını şirniyyat almaq üçün avtomatda saxlayıb.  


Dost dar gündə tanınar
“Sandy” fırtınasından sonra minlərlə insan elektriksiz qalıb. Olanlar isə cərəyan şəbəkələrini çölə çıxarır, insanların mobil telefonlarını taxmalarına və qohumları ilə əlaqə saxlamalarına kömək edirdi.


Əsgərlər də insandır
Bu əsgər uzun müddətdir ki, növbədədir. Yorulmuş əsgəri görən əfqan onun susuzluğunu yatırmaq üçün ona bir fincan çay gətirib.


Sizin beş dəqiqəlik parıltınız, kiminsə bütün həyatına bərabərdir
Serbiyanın Pirot şəhərinin gimnaziya tələbələri ehtiyacı olanlara kömək etmək üçün məzun gecəsində bahalı geyimlər geyinməkdən imtina ediblər. Aksiya zamanı müəllim və şagirdlər uşaqları çox xəstə olan üç ailəyə 310 000 dinar məbləğində kömək ediblər. Gimnaziyadakı şənlikdən sonra məzunlar arxasında “Sizin beş dəqiqəlik parıltınız, kiminsə bütün  həyatına bərabərdir” yazısı olan köynəklərlə şəhərin mərkəzindən keçiblər.


Bu şəxs Manilada sel zamanı tərk edilmilş evdəki küçükləri xilas edir. 


Minnətdarlıq
Rio-de-Jeneyroda ayaqqabısını evsiz qıza verən adamın şəkli.
 

33 şərh

CanBek
İnsanlıq budur. Serbiyalı gənclərin etdiyi isə həqiqətən mənə çox xoş gəldi kaş Azərbaycanda da belə bir fikirlə çıxış etsələr. Son zənglərə tökülən pullara nələr etmək olar əslində
Don_Elnur
İnsanlıq ölməyib, Srbiyadakı hərəkət həqiqətən təqdirəlayiqdir. Görən o polisin etdiyini bizim polislər də edər mi?..
pascal
Gəlin belə deməyək də: Görəsən bunu bizim gənclər edərmi? Polisimiz edərmi? Ya filankəslər edərmi?.. Sən et! Mən edim! Özümüzdən başlayaq. Əvvəlcə özümüz nümunə olaq ki, sonra kimdənsə tələb etməyə mənəvi haqqımız çatsın.
Orda olunan işlərin heç birində insandan fövqəlbəşər güc tələb olunmur. Hamımız buna qadirik və edə də bilərik. Sadəcə… Nə isə. 
Don_Elnur
Mən öz fikrimi bildirirəm sadəcə: mən belə şeyi Məndən, Səndən, Ondan gözləyirəm amma bir ömür Azərbaycan polisindən gözləmirəm
_BUMERANQ_
Səndən, Məndən, Ondan gələcəkdə polis olsa necə?
Don_Elnur
Olsa əla olar, çox əla olar :)
_BUMERANQ_
onda ümid var hələ :)
_BUMERANQ_
«Sizin beş dəqiqəlik parıltınız, kiminsə bütün həyatına bərabərdi»  əla
JAVIER_ZANETTI
Salam olsun sizə KAYZEN-imizin ailəsi. Apollon təşəkkürlər, çox gözəl mövzuya toxunmusan və budur yuxarıdan aşağıya doğru oxuduğum şərhlərdə yaxşılıqsevər KAYZEN-çilərimizin şərhlərindən yaxşılığa tələsdiklərini başadüşdüm. Və yenə keçəndəfədəki kimi, yaxşılıqda genişürəklikdə nümünə olan KAYZEN-çimiz Pascalın (ona görə bir daha Pascala mütəşəkkirəm) atdığı adımın izinə düşmək istiyirəm və bu dəfə mən düşündüklərimi sizinlə paylaşmaq istiyirəm ki, bəlkə yenə bankların birində hesab açağın və bir müddət qoyaq ki bir neçə gün və ya bir neçə ay ərzində həmin hesaba nəqədər məbləğ toplaya biləriksə zamanı gəldiyində probleminin həlli  daha müşkül olan bir ailəyə çatdırarıq İnsAllah.
 Keçən dəfə açılan bank hesabı hələ də fəaliyyət göstərirsə həmin hesaba da yükləyə bilərik.  
pascal
Hörmətli Zanetti. Fikrinizi alqışlayıram. Amma bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, indi sayt, ilk yardım kompaniyasının keçirildiyi vaxtdakı kimi fəal deyil. Baxın,  burda təklifi ilk təqdim edən kimi neçə insan dəstək olmuşdu.(düzdü hər dəstək göstərən şərh sahibi də yardım etməmişdi, ama yenə sağ olsunlar ki, səslərini əsirgəmədilər) İndisə sayt həmən vaxtdakından qat-qat passivdi. Lap fəal olanları götürsək, 5-10 nəfərin yardımıyla da bir şey olmayacaq. Buna görə elə bilirəm göstərəcəyimiz səylərin də nəticəsi yüksək olmaz. Bilmirəm, mən belə düşünürəm. Bəlkə başqaları başqa cür fikirləşir...deyə bilmərəm. Yenə də nəsə bir fikri, təklifi olan varsa yaza bilər. Amma az adamla bu iş mümkün deyil, deyə düşünürəm.
JAVIER_ZANETTI
Salam. Axşamınız xeyir Pascal necəsiniz? Baxdım, necə gözəl günlər, gözəl addımlar, gözəl səylər idi. Həm mənən rahatlamışdıq həm də bir sayt sayəsində ekran arxasında bir çoxlarımız bir-birilərimizi tanımasaq da nə gözəl iş üçün həmrək olmuşduq. Bunlar hamısı necə baş verdi?! Tək bir insanın yarıümid, yarıümidsizliklə doğan bircə düşüncəsilə irəli atılan ilk addımı geniş ürəklə addımlayan nümunəvi ( ən azından mənim üçün beləsinizKAYZEN-çi Pascalın sayəsində.  
 Bəli sizinlə razıyam saytın indiki halı ilə əvvəlki halı arasındakı aqtivlik — passivlik məsələsi müqaisə olunmaz bir durumdur. Amma belə bir ümid doğuran düşüncə də var məndə ki, qarşıdan 11ayın sultanı ramazan ayı gəlir və nədənsə hər il buna özüm qarışıq fikir verirəm biz insanlar ramazan ayında sanki bütün ay boyu, gün ərzində yaxşılıq etmək kimi içimizdə hisslər qaynayır. Yəqin ki buda ramazan ayının hikmətidir Allahdan bizə hər il növbəti bir lütfdür. Yani dimək istəyirəm ki bəlkə sayt bu aralar passiv ola bilər amma biz addımımızın müddətini birazca uzun etsək yani indi may ayıdır və taa ki ramazan ayının bitməsinə kimi, hətta qurban bayramından sonraya kimi də uzatsaq necə?! Bəlkə biz 310 000 dinar məbləğində vəsait toplaya bilmərik amma belə bir söz oxumuşdum deyir; «Dənizin suyunu çəkib qutara bilməzsən amma çəkə biləcəyin sudan niyə əl çəkirsən?!»
pascal
Siz sosial vəziyyəti ağır olan, çox imkansız ailə tanıyırsız?
JAVIER_ZANETTI
Xeyir tanıdığım elə bir ailə yoxdur. Yəni o dərəcədə sosial vəziyyəti ağır olan tanıdığım bir ailə yoxdur. Bəlkə kayzençilərdən birinin tanıdığı elə bir ailə var?
pascal
Zanetti, əgər yenidən yardım kompaniyası düzənləmək istəyirsəniz, mən hazıram. Ancaq bilirsiz ki, bu işdə tək əldən səs çıxmır, userlərin fikrin də almaq lazımdır… ki, hərgah neçə vaxtdır sizinlə mənim dioloqum gedir burda, kimsənin buna münasibət göstərdiyin görmürəm hələ. 
JAVIER_ZANETTI
Salam əleykum Pascal bəli yalnız bizim dioloqumuzu görürəm və düşünürəm ki, yalnız sizinlə mənim aramda olan bu dioloq saytın halhazırda passivliyinin sübtudur amma ümid var ki, hər gün bir kayzençi kayzenə başvursa bu dioloqumuzu görəcək və içindəki mərhəmətini püsgerəcəkdir və bəlkədə bizdən irəliyə keçəcəklər )) insAllah təki elə olsun. Və eyni zamanda da düz vurğuladınız ki, bu işdə tək əldən səs çıxmır, bu yolun tikanları çoxdu durub bir iş görmək istəyirsən mənən sakitləşmək, dincəlmək. huzurtapmaq istəyirsən zərrə bir yaxşılığınla hopp ayağına tikanbatar yuvanarsan, yuvandırarsan, başın özünə qarışar təxirə salarsan  və beləcə boş keçirdiyimiz günlər kimi bu günümüzüdə boşuna keçirmiş oluruq. Amma bilmirəm nədənsə mən kayzençiləri bir user kimi ideal insanlar, ideal userlər kimi təvəzökar bilirəm hamısını. Çünki 2012ci il də qeydiyyatdan keçmişəm KAYZENdə və bugünəkimi nə təkkəbürlü birinə nədə təkkbürlüklə qarşılaşmadım kayzendə kayzençilərlə. Elə bunagörədə kayzençilərimizin yolunu gözləyək xoş fikirlərini birlikdə örgənərik. məsələn kayzençilərimizdən biri Asel xanım artıq görüb dioloqumuzu və yardıma tələsir Allah ürəyinə görə versin. :)
asel
Yaxşı olar, həm də üzvlər də bu sayədə birlik olar deyə ümid edirəm. Hə, bir də onu deyim ki, sizin bu dialoqdan xəbərim olmayıb… əgər yenidən belə bir yardım təşkil olunsa, keçən dəfə olduğu kimi, ayrıca post şəklində yerləşdirilsə daha yaxşı olar, həm də əksər üzvlərin xəbəri olar.:))) 
JAVIER_ZANETTI
Salam Asel xanım necesiz? Bəli ümid edirəm insAllah əgər kayzençilər də razı olsalar keçən dəfə olduğu kimi ayrıca post şəkilində olacaq. :)
asel
Çox sağ olun, yaxşı olasız:)
name
Yazılanları mən də indi oxudum. Mən də istəyirəm :) Alınsa pis olmaz, amma əvvəlcə hədəfi tapmaq lazımdır.
Ferbara
Pascal, sussam da bilirsən, həmişə dəstəkləməyə hazıram. :)
pascal
Bilirəm, Ferbara. Hətta istəyirsiz sizin kimi kim dəstək olacaqsa, o adamların adın da bir-bir yazaram bura. Amma 10-15 adamdan o yana getməyəcəyik, bilirəm. Başımıza gəlib, görüb, bilirsiz. Hələ o vaxtı mən 5 manatdan yığmağı təklif etsəm də, sağ olsun yardım edən üzvlər, çoxu 10 manat köçürtdülər bank hesabına. Amma yenə də 135 manatdan çox yığa bilmədik. Nə bilim…
JAVIER_ZANETTI
Bəli 135 manat elə də boyük rəqəm deyil. Bəzən günlərlə cibimizdəki üzüqara 20qəpiyə elə ehtiyacımız olur ki, elə an da əlimizdən tutur ki o üzüqara 20qəpik ki, yəni düşünürəm ki ola bilərmi bizim gözümüzdə az görüksün o 135  azn?!
_BUMERANQ_
Əgər alınsa(xeyriyyə işi), mən də varam.
name
Kimlər istəyir? Səsiniz gəlsin… Yəni bu qədər az adam?!.. ( 
JAVIER_ZANETTI
Hərkəsə salam olsun. bağışlayın bir neçə gündü gələ bilmirdim işdən gec çıxdığım üçün imkan edə bilmirdim. MaşAllah bunun nəyi azdı?! Bu hələ başlanğıcdır 6nəfərin razılığı var və hədəfə gəldikdə isə mən düşünürəm ki biz fondumuzu təşkil edək asta — asta irəliləyək hədəfidə taparıq, indi elə dövrandır ki nəinki hədəfi tapmaq təəssüflər olsun ki axtardığımız hədəflərin sayı hesabı saymaqla bitməyəcək dərəcədədir. 
kagizgemiler
salam yeqin cox gecikmemisem mende qatilmaq isterdim:)teskil eden herkesden ALLAH razi olsun
name
Heç de gec deyil :) Təəssüf ki, hələ heç bir irəliləyiş yoxdur… Yəni heç nə təşkil olunmayıb.
name
Niyə bu qədər az adam istəyir? Yaxşılıq etmək hər kəsə nəsib olmur.
JAVIER_ZANETTI
Salam. Artıq demək olar ki 8nəfər tam hazırdır bu yolda addımlamağa və sonradan qoşulanlar da olar deyə ümid edirəm. Və əgər Sizlər də, Pascal, Aysel, Name, Gülnar, Ferbera, Bumerang, Kağızgəmilər istəyirsinizsə icazənizlə sabah da, birigün də bankda hesab açdırmağı düşünürəm. Siz nə düşünürsüz bu haqda???  
name
Mən razıyam. Çoxluq razı olsa yaxşı olardı.. 
asel
Aysel yox, Asel.:)
JAVIER_ZANETTI
üzür istəyriəm bağışlayın