İki şeytanın söhbəti (ibrətamiz və qısa hekayə)

Bir biri ilə dost olan 2 şeytan uzun müddətdən sonra görüşürlər.Hər ikisi xeyli dəyişmişdi.Biri arıq əldən düşmüş digərisi isə şişman,gözlərinin içi gülürdü.Kefi kök olan şeytan o birisindən soruşur: -Dostum bu nə haldır?Zəifləyib əldən düşmüsən.Əvvəllər heç belə deyildin.Nə dərdin var? O birisi cavab verir: -Heç sorma.Bir dərdə düşmüşəm ki,deyiləsi deyil.Bir adam var nə müddətdir ki, onun dalınca düşmüşəm. Onu yoldan çıxarmaq,pis əməllərə alət eləmək istəyirəm.Amma bu zamana qədər heç bir şeyə nail ola bilməmişəm.Bunlar bir yana qalsın nə vaxtdır yeyib içə bilmirəm.Bu adam bir yerə addım atdımı,«Bismillah»la atar;bir işə başladımı«Bismillah»la başlar;süfrəyə əlini uzatdı mı ;Bismillah«la uzadar...»Bismillah" olan yerdə mənə xeyir düşməz.O «Bismillah»deyib əlini süfrəyə uzadınca süfrədəkilər mənim boğazımdan keçməz.Mənim əriməymin,üzülməyimin səbəbi budur.İNdi sən danış nə olub ki,belə kökəlmisən? -Mən bir adamın dalınca düşmüşəm,amma bu adam üçün heç əziyyət də çəkmirəm.Çünki hərif nə halal bilir,nə haram.Haqq nədir hüquq nədir bilmir.Zalım balası əlinə keçəni bir andaca həzm edir.Yeməyi də haramdı gördüyü işləri də.Dilində bir dəfə də olsun «Bismillah» sözü eşitməmişəm.Ona görə də kefim belə kökdü.

3 şərh

kurdamir
Bəzən Elə məqalələr Oxuyuram ki, Keçirdiyim hissi sözlə ifadə edə bilmirəm. Bu məqalədə O kateqoriya-ya aiddir, İnsan Bir anliq fikirləşir ki, Həmin Məqalələri doğrudanmi insan beyninin məhsuludu?!…
MURAD_SEYFULLAYEV
Diqqətdən kənarda qalmış topikləri, istifadəçinin özünün ilk şərhi yazması ilə camaatın məcbur «gözünə soxub» reklam etməsinə ehtiyac yoxdur. Əgər topikə əhəmiyyət verilməyibsə, bu Kayzençilərin diqqətinin zəif olması yox, güclü olmasından irəli gəlir. Topikinizə yenidən gündəmə gətirmək əvəzinə vaxtınızı saytda digər fəaliyyətlərə sərf edin. 
pascal
Eynilə mikrotopiklər də. 
Bir dəfə kurdamir qardaşımıza demişəm. Elə bilməyin ki, nəşr olunan yazılar diqqətdən kənarda qalır. Yox. Narahat olmayın, onları hamı görür. Sadəcə, marağa və yaxud bəzən oxucunun bilgi sahəsinə aid olmayanda yazıların üstündən keçilir.