Yaşayacaqsan


 “Heç nə gözləmədən yaşayacaqsan!
1 tikə çörək, 1 bardaq çay bəs edəcək sənə 1 günlük
yaşamaqçün.
Heç nə gözləmədən yaşayacaqsan
Üsyan etmədən 1 özgəsinə.
Özünü mükəmməl və sonsuz hiss edərək, bağışlayaraq
içindəki gücü özünə, əfv edərək bütün səhvləri və
hüzünləri.
Səmimi 1 təşəkkür edərək öz əksinə güzgüdə,
Gözlərinin dərininə sevgiylə baxacaqsan! Yaşayacaqsan!
Heç nə gözləmədən yaşayacaqsan!
Ən yaxın dostları belə! Öncə sən sevgini verəcəksən
ona,sonra alacaqsan.
Bir sevgilinmi olacaq? Yenə gözləməyəcəksən heç nə.
Sən öncə özünlə xoşbəxt olacaqsan. Özünə yetməyi
bacaracaqsan.
Onun varlığına bağlansan əgər yarımçıq qalacaqsan.
Sən yalnız sən olduqca O da yanında var olacaq.
Heç nə gözləmədən yaşayacaqsan…”

9 şərh

member
Çox gözəldir. Çox sağ olun. Səhf etmirəmsə Sura Əsgərlinin şeiridir? Düzdür?
Shabnam_Ilham
kayzen.az adi Aznet forumu deyil.Bütün hərfləri qalın,kursivlə,BÖYÜK HƏRFLƏRLƏ,TuLlAnAn HəRfLəRlƏ yazmaq olmaz. 
kayzen.az/page/qaydalar/ diqqətlə oxuyun. 
pascal
Uzun müddət sayta gəlməyəsən, gələndə də belə sərt..? :)
Ama mən də istifadəçilərin qaydalara uyğun nəşrlər redaktə etməmələrinə, ard-arda m.topiklər yerləşdirmələrinə, səliqəsiz yazılarına qarşıyam. Belə userlərə nəşrlərinin altında yazmasam da, şəxsidə müraciət edirəm.
Shabnam_Ilham
Gözümə ilk olaraq bu yazı dəydi ona görə :)
Sadəcə xatırlatma üçün bura yazdım ki, yeni gələn istifadəçilər də qaydaları diqqətlə oxusunlar. Kayzeni məhz özünəməxsus qaydalarına görə sevirəm.  
pascal
Razıyam. Arada hər kəsə (hətta əvvəlki userlərə də) qaydaları xatırlatmaq lazımdır. Ama gözünüzə hərdən başqa yazılar da sataşsa, gözəl olar. Sevdiyiniz saytı birdən atmayın. :)
 
fanatka_
Kayzende 2011ci ildənəm....Qeyd edim bu yazını bu yaxınlarda intihar etmiş bir gənc qız yazıb...O ki qaldı burda xəbər yerləşdirməyə… 3 ildir bu saytdayam və cəmi 4 xəbər yerləşdirmişəm… xəbər yerləşdirmək o qədərdə xobbi və marağımda deyil… belə də mənfi və müsbət fikirlərə hörmətlə yanaşıram... 
MURAD_SEYFULLAYEV
Hörmətli user, sizin burda mənfi hesab elədiyiniz fikirlər əslində elə müsbət fikirlərdir, hansı ki, sizi düzgün qrammatik yazılışa, yanlışları düzəltməyə və bilmədiklərinizi öyrənməyə səsləyir. Cəsarət eləsəniz daha artıq yazılar yaza bilərsiniz və ümid edirəm ki, bunu bacaracaqsınız, həm də bizə maraqlı olar. Və sizi əmin edirəm ki, «mənfi» fikirlər bildirən userlər sizə ürəkdən kömək etməyə hazırdırlar!!!
Shabnam_Ilham
Mən də ilk əvvəl yazınızı görəndə düşündüm ki, yəqin yeni istifadəçisiz. İnfonuza daxil olanda köhnə istifadəçi olduğunuzu gördüm və nə əcəb qaydalara uyğun yazmadığınız təəccübləndirdi doğrusu. Burda inciməli bir şey yoxdur. Mən də ilk gələndə belə şeylərlə qarşılaşmışdım, çünki qaydaları oxumadan üzv olmuşdum. Amma iraddan sonra dərhal qaydalarla tanış oldum və yanlışımı düzəltdim. Əgər xətrinizə dəydisə üzrlü sayın. 
pascal
Mən sayta gələndə mənə ən çox irad tutan istifadəçi Bumeranq, sonra da Ferbara idi. Heç bir iradlarından da zərrə qədər inciməmişdim. Əksinə yaxalarına elə yapışdım ki, «Nə bilirsiz mənə öyrədin!» deyə. :) Bu gün onlar mənim saytda ən yaxın dostlarımdı. Dedikləri iradları bir daha təkrarlamadım, öyrəndim onlardan və hətta onların mənə öyrətdiklərini mən də, məndən kömək istəyən yeni userlərə öyrətdim. 
fanatka, siz də inciməyin. Yetər ki, iradlardan nəticə çıxarın. Ola bilər ki, kopy etdiyiniz yazılar elə həmən saytda belə yazılıb və siz də olduğu kimi bura köçürmüsünüz. Ama kayzenin qaydaları var. Həm də gözəl qaydaları. O yazıları ki, siz nəşr edərək bizə təqdim edirsiz, əvvəlcə əyər-əskiyin düzəldin, sonra redaktə edin. Topiki qalın hərflərlə yazmağa ehtiyac yoxdur. Mətn başdan-ayağa belə yazılarsa oxucunun gözün də yorar. Ama siz belə yazmağı xoşlayırsız qaliba. Şərhi də elə yazdığınıza görə… :)
Baxdım, təzə yerləşdirdiyiniz postunuz da, bu yazınız kimi, qalın hərflərlə yazılıb. Hanı nəticə?.. ;)