Unudulmaz sevgi...

Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqal kədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz?
- Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi olduğumu da xatırlamır. O yaddaşını itirib.
- Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi: - O məni xatırlamır, mən ki, onu xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra uzun müddət özümə gələ bilmədim: Bu ki, mənim daim axtardığım sevgidir”
Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın xoşbəxtdir, çünki onu sevən belə insan var.


Həqiqi sevgi – nə fiziki ehtiras, nə də romantikadır. Əsl sevgi hər şeyi olduğu kimi qəbul edə bilməkdir- necə olub, necə var və necə də olacaq...


Tərcümə: Rzayeva Nailə

7 şərh

nərgiz
Son zəng gününə görə onsuz da bir az kövrək idim.Bu yazı məni lap kövrəltdi.Deməyə söz tapmıram.
bloqçu
«O məni xatırlamır, mən ki, onu xatırlayıram» — necə də düz buyurub. Həqiqətən də əsl sevgi nə ehtiras, nə romantika, nə var-dpvlət — bunlarla ölçülən deyil. Sevginin tərifi bu deyil. Sevgi sevincdə olduğu kimi kədərdə də bir olub, yaşamaqdır. İndi təəssüf ki, bir çox hallarda sevgiyə başqa trif qoşub, onun təmiz adını ləkələyənlər, hissləri bulanlıq hala gətirənlər var. Amma, belə əhvalatlar, rəvayətlər onu göstərir ki, sevgi nədir, əsl sevgi var, yaşayır və yaşayacaq da.

Elə sevin ki, sevgi də bununla fəxr eləsin!
Dior
Çox vaxt belə hərəkətlərin qadınlar tərəfindən atıldığını müşahidə edirəm.Amma bir kişi tərəfindən belə bir hərəkətin şahidi olmaq,həqiqətən də sevindirici bir haldı.

p.s istisnalar var.
təpəgöz

Kişilər daha sədaqətli olur.


Hekayə isə super.

bloqçu
Məncə sədaqətliliyin kişi qadın kimi ayrıcalığa ehtiyacı yoxdur. Bu insana aid bir hissdir, belə ki, beş barmağın beşi də bir olmadığı kimi qadınlar da fərqli, kişilər də fərqli xüsusiyyətlərə malikdilər.Hər iki cinsin nümayəndələrində mənfi və müsbət xüsusiyyətlər var.

P.S. feminist deyiləm, sadəcə haqlı saydığım  düşüncəm budur.
Əliyev
Alçqeymer xəstəliyində insan yaddaşını itirir.
Cavid
sonuncu cümlə həkayədən çıxan ən yaxşı məntiqi nəticədir, təşəkkürlər