Hərb və sülh

Üç köpək həm özlərini günə verir, həm də söhbətləşirdilər. Birinci köpək fikirli-fikirli dilləndi:
— Köpəkliyin bu çağında yaşamaq həqiqətən möcüzədir. Yerin altında, yerin üstündə və hətta göy üzündə necə rahatlıqla gəzişdiyimizi bir düşünün. Və köpəklərin rahatlığı üçün gerçəkləşdirilən kəşfləri düşünün; gözlərimiz, qulaqlarımız, burunlarımız üçün olanları da…

Və ikinci köpək dilləndi:
— Artıq sənətlərə daha çox meyilliyik. Aya doğru atalarımızdan daha yaxşı ulayırıq. Və suya baxdıqda sudakı əksimizin cizgilərinin daha parlaq olduğunu görürük.

Və üçüncü köpək dilləndi:
— Məni ən çox duyğulandıran köpək cinsləri arasında yaranmış huzur dolu anlayış atmosferidir. Və o anda baxdılar ki, köpək tutanlar yaxınlaşır. Üçü də yerindən atılıb yolla üzüaşağı qaçmağa başladı. Və qaçarkən üçüncü köpək qışqırdı: Qaçın siz allah, sivilizasiya izimizə düşüb.

Cübran Xəlil 

0 şərh