Əsl qonşuluq.

Bir gün Fatih Sultan Məhmət yeyəcək maddələrinin keyfiyyətini və qiymətlərini öyrənmək məqsədilə paltarını dəyişib (tanınmamaq üçün) bazara çıxmışdı. O bir dükana girib, salam verir və deyir: -“Yarım batman yağ, yarım batman bal və yarım batman pendir verin”.

Baqqal yarım batman yağ çəkib, pulunu hesab etdikdən sonra deyir:- “Ağam, digər istədikləriniz də qarşıdakı qonşumdan alın, çünki, onun malı həm daha yaxşıdır, həm də, qonşum daha heç siftə eləmədi.”

Bunu eşitdikdən sonra padşah həmin ikinci dükana girir və ordan yarım batman bal alınca bu baqqal ona: - “Allaha şükr olsun ağam, mən siftəmi etdim və uşaqlarımın yeyəcək pulunu qazandım, qonşum isə daha siftə eləmədi” dedi. Bunun üzərinə padşah:

- “Bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Millətin təmiz əxlaqını pozanlara Allah qənim olsun” dedi.

Tahsin Ünal, "Osmanlılarda Fəzilət Mücadiləsi"

 

7 şərh

Ferbara

Bunu eşitdikdən sonra padşah həmin ikinci dükana girir və ordan yarım batman alınca?


Bu bir mədəniyyətdir. Satıcı nəfsinə hakimdi. Nəfsinin qulu olanın başı yerə dəyər. 

bloqçu

səhvimi düzəltdim, üzr istəyirəm..


Odur ki, gərək nəfsimizin qulu olmayaq.

Dior
İndi isə hər şey tamamilə əksinədi.Zəmanə çox korlanıb((
bloqçu

Bir misal da var ki, “heç kəs öz qatığına turş deməz”. Bizdə (hamıya şamil edilmir) həqiqətən də belədir. Qatıq nə qədər turşdursa biz onu bir o qədər də inkar edərik, qonşununkunu isə əksinə, turş adlandırarıq. Halbuki, haqqın haqq yeri var, nahağın da nahaq yeri var..

girl_moon
Belə insanlara  Allah həmişə ruzi verər. Amma təkcə özünü düşünənlər də az deyil.
təpəgöz

Eyni hadisənin müasir variantı.
Ərdoğan bir gün mağazaya girib bal alır.Bu vaxt satıcı ona rəqib olmasa belə paxıllıqdan deyir ki,sayın Ərdoğan,yəqin ki özünüzə paltar almaq istəyirsiz.Sakın qonşu mağazadan almayın,ordakı mallar Çin istehsalıdır.Hamısı poddelkadır=)

Samir012
İndiki zamanda bu cür insanları tapmaq çox çətindir, hamı daha çox qazanmaq istiyir. Sizə olmuş bir əhvalat deyim, təxminən bir həftə bundan qabaq bir dostum evine getmək üçün taksiyə yaxınlaşdı, taksi sürücüsü həmin məsafəni aparmağa 5 manat istədi və dostum 4 manata apararsan deyə soruşdu, nəyin baş verdiyini bilmədim amma hemin taksi sürücüsü digər yəni ondan arxada dayanan taksiyə aparmaq istəyirsən sən apar deyə müraciət etdi, oda apardi, amma birinci taksi sürücünün qoy o aparsın onun siftəsi yoxdur deməyi məni açığı təəccebləndirdi, belə bir hekayə