Sufilərin sevgisi

Divardan asılan boş torbanı görcək sufi göz yaşı tökməyə, yaxasını yırtıb-dağıtmağa başladı.

— Yalnız sənsən məkrdən, xəyanətdən uzaq olan, — dedi sufi, — dilənçilərin şahlığı, dərdlərin dərmanı yalnız səndədi!

O biri sufilər də öz xilaskarlarını görmək üçün axışıb gəldilər. Gah güldülər, gah hönkürdülər, boş torbaya dünyanın görünməmiş təriflərini dedilər.

Qıraqdan baxan birisi heç nə anlamayıb soruşdu:

— Boş torbanı nədən belə öyürsüz?

Dedilər:
— Naşı adam, xəyallarının ardınca gedə bilmirsənsə, bizdən uzaqlaş! Sən yalnız ələ gələn şeyləri görürsən. Sevən adam sevgisini gözləriylə yox, xəyallarıyla görür.

Cəlaləddin Rumi
«Məsnəvi»dən hekayələr

0 şərh