Qaranlıqda filin minbir sifəti

Fili bir qaranlıq otağa salmışdılar. Bu vilayətdə fil görünmədiyindən hamı filə baxmaq üçün axışıb gəlirdi. Ancaq otaqda göz-gözü görmədiyindən hamı filə əl gəzdirməklə onun necəliyini bilmək istəyirdi. Kimsə filin xortumuna əl çəkib dedi:

— Lap su borusuna oxşayır.

Bir qadınsa əlini filin qulağına çəkdi:
— Nəsə palaz kimi bir şeydi, — dedi.

Filin ayağına ilişən birisi də qayıtdı ki, nə isə sütuna oxşayan bir heyvandı.

Bir başqası filin sağrısına əl gəzdirib:
— Bu fil deyilən nədisə, lap şah taxtına bənzəyir! — dedi.

Bir cavan dedi:
— Əlif kimi dümdüzdü.

Bir qoca da:
— Lap «Dəl» kimi əyridi.
Bircə şam işığı bəsiydi ki, onlar filin nə olduğunu, necə olduğunu görsünlər. 

Cəlaləddin Rumi 
«Məsnəvi»dən hekayələr

0 şərh