Yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi

Sadako SasakiII. Dünya Müharibəsini sona çatdırmaq məqsədiylə, Amerika Birləşmiş Ştatları tərəfindən Xirosimaya atom bombası atılanda, Sadako Sasaki bu şəhərdə yaşayırdı. Milyonlarla uşaq kimi o da bu faciəyə şahid oldu. Dağıdıcı təsirlərini dərindən hiss etdi. Sadako'nun mübarizə dolu hekayəsi, onu sülhün və nüvə silahsızlaşmasının rəmzinə çevirdi. Haqqında filmlər çəkildi, kitablar yazıldı.

Kiçik yapon qızın insanlığa ümid mirası buraxan hekayəsi;
Sadako Sasaki 1943-1945 illəri arasında Yaponiyanın Xirosima şəhərində yaşamış kiçik bir Yapon qız idi. Sasakinin 12 illik ömrü, ümid və yaşama bağlılığa dair dərin izlər buraxıb.

Mübarizəsi belə başlamışdı; 1945-ci ildə Sasaki hələ 2 yaşında olarkən, ABŞ-ın atom bombası Xirosimadaki evlərinin sadəcə 2 kilometr uzaqlığına atıldı. Ailənin evi partlayışlardan yaranan yanğınlardan sonra bölgədəki digər evlər kimi məhv oldu.

Sadako və ailəsi möcüzəvi bir şəkildə buradan qaçmağı bacarmışdı. Həm də heç bir xəsarət almadan. İlk baxışda, belə bir fəlakətdən fiziki heç bir ziyan görmədən xilas olduqlarını düşündülər. Atom bombasının radiasiya təsirindən xəbərsiz idilər...

Kiçik qız aradan keçən illər sonra məktəbə getməyə belə başlamışdı. Dərslərinə qarşı son dərəcə diqqətli və müvəffəqiyyətli, müxtəlif sahələrdə səlahiyyət alan sosial bir şagird idi. 12 yaşına gələnə qədər, döyüşün izləri yox kimi idi...


12 yaşında, Sadakonun boynunda və qulaqlarının arxasında qəribə şişkinlik əmələ gəlməyə başladı. Bir neçə həftə sonra isə bədəninin müxtəlif yerlərində yaralar və ləkələr özünü göstərdi. Həkimlər, Sadakoya «atom bombası» xəstəliyi adı verilən qan xərçəngi diaqnozu qoydu.

1950-ci illərə gəldikdə leykemiya diaqnozları inanılmaz artım göstərmişdi. Atom bombasının yaydığı şüalar, bombadan zərər görmədiyini düşünən kiçik uşaqların həyatına müharibədən illər sonra özünü təsir göstərməyə başlamışdı.

Sadako xəstəxanada yatdığı zaman sinif yoldaşlarından biri ziyarətinə gəldi. Yanında gətirdiyi qızıl rəngi kağızdan, oriqami sənətini istifadə edərək bir «Durna quşu» düzəltdi və ona verdi. Sonra qədim Yapon əfsanəsindən bəhs etdi Sadakoya; «Xəstə biri əgər kağızdan 1000 ədəd durna quşu düzəltsə, tanrılar bu adamın arzusunu yerinə yetirəcək və onu sağlamlığına qovuşduracaq». Sadako bu sözləri eşidəndə qəlbi ümidlə dolmuşdu. Xəstəliyini mərdliklə qarşılayıb, kağız durnaları hazrılamağa başladı...



Bükdüyü hər durna ilə danışdı və təmiz ürəyindən bir söz dedi. Belə deyirmiş durnalarına; «Qanadlarınıza əmin-amanlıq yazacağam. Beləliklə, bütün dünyada uça biləcəksiniz»

Təəssüf ki, balaca Sadakonun ömrü 1000 durna düzəltməyə yetmədi. Atom bombası atıldıqdan 10 il sonra 25 Oktyabr 1955-də həyata gözlərini yumdu. Yoldaşları, əskik qalan 356 durna hazırlayıb onunla birlikdə dəfn etdi.

O gündən sonra Durna quşu sülhün və nüvə silahsızlanmasının simvolu halına gəldi. Sadakonun və atom bombasından ölən bütün uşaqların xatirəsinə Xirosimada bir abidə düzəldildi.


Bu dünyada vaxtı qısa olsa da, düzəltdiyi durnalarla bir ümid irsi qoyub dünyaya kiçik Sadako…
Barış Günü olan 6 Avqustda, dünyanın dörd bir yanından uşaqlar hazırladıqları durna quşlarını Sadakonun Xirosimadakı abidəsinə göndərir.

marifia.com

0 şərh