Hər günahın bir bədəli var

Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.

Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur. Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi.
Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir:
-Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər.
Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...


Məhəmmədəmin Lənkərani

9 şərh

2ral
«Nə atarsan aşına,o da çıxar qaşığına» prinsipinə uyğun başqa cür nağıl fikirləşə bilməzdilər? Gərək sugətirənin qızı öpməsini fikirləşəydilər?
ramzes
Elə nağıl yazan, şeir yazan, mırtxana deyənlərimiz var, ancaq onlarla öyünürük, hansısa avropalı 2 nağılbazın adını çəkəcəksə, 8 alimin, filosofun da adını şəkəcək. Ancaq şeir, nağıl yazıblar, qafiyə tutublar(((
Leyla
O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır.
Qızı xəbəri olmadan necə öpürlər?Kimsə bilirsə desin=)
Əliyev
hipnoz edib sonra öpüb
Tomris
Bacarana can qurban deyiblər.
vusalzeynalov
Bugün də bu bəsit rəvayəti başa düşməyənlər varsa deməli rəvayət boşa yazılmayıb. Rəvayəti tənqid edənlərə demək istəyirəm ki, bu avam insanlara zinanın İslamda necə qiymətləndirildiyini başa salmaq üçün yazılmış bir rəvayətdi. Yəni burada hekayədəki yazar yanlışlarına ilişib qalmağa ehtiyac yoxdu. Bu ədəbi bir şey deyil ki, onu kritika edəsiniz.

İslamda başqa qadınlarla nigah olmadan birlikdə olmaq yəni zina etmək yanlış sayılır. Və Fiqh elmində göstərilir ki, zinanın həm dünyəvi həm də uxrəvi cəzaları var. İnsan zina etdiyi zaman mütləq onun yaxın bildiyi qadınlar da bir gün zina etmiş olurlar. Müəllifin anlatmağa çalışdığı hissə dünyəvi cəzanı izah etmək idi. Dediyim kimi bunu bəsitcə və ədəbli şəkildə ancaq belə anlatmaq olardı və müəllifin bu işin öhtəsindən yaxşı gəldiyini düşünürəm. Görünür avamlar üçün yazılmış bu hekayəcik, bugün də aktuallığını itirməyib.
Leyla
Bəsit rəvayəti başa düşəcək qədər ağıllıyam. Diorun başqa yazıları kimi bu da xoşuma gəlib. Amma gülmək də yaxşı şeydir=)
vusalzeynalov
Elədirsə mənim yazdığımı üzərinizə götürməməliydiniz
Leveller
Razı deyiləm, həyatın axarı elədir ki, istər-istəməz yaxşılıq eləyəcəksən və görəcəksən, pislik eləyəcəksən və görəcəksən.Bunları bir-biri ilə qarşılaşdırmaq lazım deyil.Fikir versəz qarşılaşdırlanda «boşda qalanlar» olur.Bu həmişə ödənmir.Deməli bəxtəbəxt olur.Təsvir olunan hadisə sadəcə rəvayətir, düzdürsə də mində bir bu hadisənin baş verməsi(elədiyin əməlin eyni ilə başına gəlməsi) normaldır.