Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
- Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!

 

14 şərh

mr13
Oxuduqca axırı artıq nə ilə bitəcəyini bilirdim amma yenədə hər cümlə hər kəlmə ilə tüklərim biz biz olurdu. Super. 1+mənnən.
araz1989
Hekatənin məğzi hamıya bəllidir, biz də bu dünyada yaşayırıq (uyğun olaraq əkizlərin bətndə yaşadığı kimi), bizim də dünyamız sona çatacaq, bizlərdən (uyğun olaraq əkizlərdən) allaha (uyğun olaraq anaya) inanmayanlar var, eləcə də axirətin (uyğun olaraq dünyanın) varlığına inanmayanlar. Biz də onların dünyanın varlığını görüb əmin olduqları kimi o dünyanı görüb əmin olacayıq, olacayıq amma onlar kimi gülə biləcəyikmi? Bax əsas vacib məsələ məncə burasıdır.
bloqçu
«amma onlar kimi gülə biləcəyikmi? Bax əsas vacib məsələ məncə burasıdır.» — düzdür. Bu da bizim əlimizdədir. Biz nəfsimizə qalib gələ bilsək, pis, mənfi əməllər törətmək, ürəyimiz, niyyətimiz, həyatımız təmiz olsa niyə də gülməyək?! Biz özümüz özümüzü cəhənnəmə məhkum edirik.
ugurluheyat
bu ən xoşuma gələn hekayələrdən biridir.
Leveller
Gözəl hekayədir.Amma bu hadisənin II dəfə təkrarlanacağını qətiyyən sübut etmir, olduqca oxşadığı üçün insanda buna inamı artırmasına baxmayaraq.II dəfə baş verəcəyinə çox da inanmıram.Təki olsun, kim istiyər ki, həyat bitsin.Amma inana bilmirəm.
Zərrə
Torpağa düşən bir toxumun bütün qış boyu içindəki programı pozulmadan torpaq altında müafizə olunub, sonra qabığını çatladıb, sonra torpaq üstündə möhtəşəm həşrinin milyonlar nümunəsini görən insan, ölümdən sonra torpaq altına qoyulan insanın ...cəsədi dağıldıqdan sonra mahiyətində saxladığı programın daha möhtəşəm bir həşrini ağıldan uzaq görə bilərmi?

Bir toxumun mahiyətindəki məlumatı israf etməyən Allah, bir insanın əməl programını israf edərmi?
Belə ki, qiymətli şeylərin mühafizəsi daha möhkəm olur. Onda ya insan bir toxumdan da qiymətsizdi, ya da o mütləq həşr olunacaq. Mən özümü toxumdan qiymətsiz hesab etmirəm.

Qardaşım, təmsilləri kiçik görmə, bütün dahi insanların təsdiqiylə təmsillər həqiqəti anlamaq üçündür.
Həm iman ağlın izniylədi. Ağla qapı açılır, amma ixtiyar əldən verilməz. O qapının açarı təmsillərdir. Yəni gözümüzü gəzdirdiyimiz hər yerdə gördüyümüz misallar.

Elə imtahan da budu...Sənə imtahan testi veriləndə sualın altından yalnız düz cavab qoyulmur ki. Onda o imtahan olmaz ki… İman ağlın iktizasıyladır...Ağla qapı açılar ixtiyar əldən verilməz...Ağlı inanmağa məcbur edəcək şəkildə gözlə görünən dəlillər, imtahan sirrini pozar...Axı imtahan ağlı olanla olmayanı ayırmaq üçündür...Yalnız gözünün gördüyünə inananların ağılları gözlərindədir!
Leveller

Dini kitab az oxumamışam.Niyəsə dəlillər və s. məni qane etmir.Həm də fikrimcə həyatın bitməsini andıran təmsillər də tapmaq olar, o da var.Axı insan görmək istədiyini görür..

Zərrə
Əbədi həyata ən böyük dəlil sən özünsən.
Bir şeyə olan ehtiyac… o şeyin öz zatına olan dəlalətindən daha qüvvətli bir dəlildir.
Bütün kainatdakı dəlillərə gözünü yuma bilərsən. Bəs içindəki şiddətli əbəd sevgisini söndürə bilərsənmi? İçindəki o ehtiyac o şeyin var olduğuna kifayət qədər böyük dəlildir.
Zərrə
Çox gözəl...1. ci addım oxumaqdı. 2.ci oxuduğunu qavramaq.
Deyirsən ki, bu qədər dəlilləri oxumusan amma qane etməyib.
Hörmətli Leveller, yemək önəlidi, amma həzm etmək əsasdı.
Maddi cəsədimizin orqanları olduğu kimi, mənəvi vücudumuzun da yüzlərlə bəlkə minlərlə duyğuları var. Ağıl eyniylə mədə kimidir. Hər bir informasiya, hər yeni məlumat, hər yeni bilgi ən əvvəl ağıl mədəsinə düşür, əgər həzm prosesi normal gedirsə, digər duyğularımız hərəsi öz hissəsini alır.

O qədər insanlar gördük ki, ağıl mədəsi iltihablanıb. Qazan- qazan məlumat daxil olur, amma duyğu orqanları aclıqdan fəryad edir.
r9perviz
Insan görmək istədiyi ilə yanaşı, görməsi lazım olanı, görməsinin məqbul olanı görür. İnsanın əlində külli miqdarda bakteriyalar var? Biz onları görürükmü? Əgər insan əlindəki həmin bakteriyaları görsəydi, yemək yeyə, həmin əllərini rahat işlədə bilərdimi? Əlbəttə ki, yox. Allah belə məsləhət bilib ki, insan həmin bakteriyaları görməsin.
Leveller
O görməyi demirəm.Dəlillərin fərqinə varmağı nəzərdə tuturam.
tenqo

«Diqqət. Səsvermə üçün müddət bitib!» sözlərini görmək xoş deyil heç. Gələcəkdə yeni istifadəçi olacaq şəxs ürəyinə yatan məqalələrə səs vermək hüququndan niyə məhrum olsun? Həm də məqalə sahibinə qarşı haqsızlıqdır bu, məncə. Əksinə, səsvermə daim olmalıdır ki, uzun illərdən sonra ən çox xoşa gələn məqalələr seçilsin. Keçən ilin çox heyrətamiz məqalələri var ki, reytinqi də aşağıdır, səs də az verilib. Əsas səbəblərdən biri istifadəçi azlığı idi. İndi isə hərdən adi, mənasız bloqamı, ya mikrobloqamı külli-miqdarda səs toplanır. Axı keçmişin yüksək dəyərli bloqlarına qarşı haqsızlıqdır bu.


Qarşıma bu topik çıxdı və səs verə bilmədiyimə görə pis oldum.

ORIGINAL
tenqo,fikirlərizə qatılıram və tamamilə razıyam.Yəqin sayt rəhbərliyi nəzərə alar.
Və bilirəm ki,mənim kimi neçə üzvlər və qeydiyyatdan keçməyib amma saytı daimi izləyənlər məhz sayt yeni yarandığında aktiv olan üzvlərin hesabına sevilir və hazırda əməyi olan hər üzvün sayəsində daha da sevilməkdə davam edir.
tenqo
Tamamilə razıyam. Fikrimi lap dolğun tamamladınız.