BİR AZ SEVGİLİMLƏ PIÇILDAŞDIM - TƏBRİZ ƏLİ

Bir gecə, şəhər, yağış və mən
Məhəbbətə tərif versəydik,
Bircə çatışmırdın sən.
Bir vaxt yağışla şəhər boyu
Qaçan iki nəfər,
Həyatın oyunu nəticəsində
Qalıbdı bir nəfər.
Şəhər boyu addımlayıram.
Ayaqlarım və düşüncələrim.
Fərqli yerlərdədir...
Çay daşları,
Əl-ələ qaçdığımız o dar küçələr,
Oturduğumuz o skamya,
Bir də yasəmən gülü......
Amma bu dəfə fərqli.
Hər zaman bu güllər sənin əlində olardı,
Sən də:
Gülə gül yaraşar deyib özünlə öyünərdin...
Mən də kənardan baxıb,
Çılğınca sevinərdim.
Təəssüf
Bu dəfə elə olmadı,
Dibcəkdə olan güllərqollarımda qaldı.
Mən bu güllərin ağırlığını bu qədər bilməzdim.
Bəs niyə o zamanlar mənə ağır gəlmirdi.
Elə bil indi ayaqlarım belə mənə ağır gəlir.
Mənə sən öyrətmişdin
Öyrətmişdin ki gülləri dərmək olmaz
Onlar dibcəkdə gözəl
Bilmirəm bu gülləri hara qoyum?
Axı həmişə əlində dibcək evə  gedərdin.
Qəbrinin üstünə yoxsa skamyaya?
Yox artıq hiss elədim, burdasan.
Qoyuram gülləri o həmin skamyaya.
Ruhun gəlib iynəyər.
Və bir anlıq dayandım.
Səmaya baxdım...
Yağış damcıları sürətlə üzümə çırpılırdı.
Bilmirəm, bəlkə sən demisən səmaya
Yalvarmısan, yaxarmısan:
-“Yağışı yağdır
Qoy yağış damcıları
Sevgilimin göz yaşlarını gizlətsin”.
Hətta küçələr, daşlar, ağaclar belə
Səni belə görməsin.
Axı sən məni ağlayarkən görməmisən.
Heç… Bil ki sən ölməmisən .
Deyəsən çox danışdım.
Ötən xatirələri yadıma salıb,
Bir az sevgilimlə pıçıldaşdım.
Bir az sevgilimlə pıçıldaşdım.....

0 şərh