Necə Müdrik olub xilas olmaq barədə pritça.

Öz Ruhunu xilas etmək üçün bu istəklə yaşamaq lazımdır. Bu insan həyatında, taleyin çətinliklərindən asılı olmayaraq yeganə başlıca istəyi olmalıdır. Amma insan, bir qayda olaraq hətta ruhani yolçuluğa çıxanda belə, çoxlu bayağı, dünyəvi istəklərin yükü ilə gedir ki, onların şirnikliklərinin içində Ruhani başlanğıcdan doğulan o yeganə istəyi saxlamaq çətindir. Ona görə də onun sualları da adətən ağıldan gəlir.
            Bu barədə çox maraqlı bir pritça var. “Bir cavan oğlan çayın qırağında lotos vəziyyətində oturmuş Müdrikin yanına gəlir. O qərara gəldi ki, ona öz ehtiramını bildirib, bütün görünüşü və ağlı ilə tələbəsi olmağa hazır olduğunu göstərsin. Gənc elə bir sual verməyi lazım bildi ki, onun fikrincə Müdrük mütləq o suala cavab verəcək və bununla da diqqətini ona yönəldəcək. Gənc ondan soruşdu: “Necə edim ki, Müdrik olub öz Ruhumu xilas edim?” Amma gözlədiyinin əksinə olaraq Müdrik bütün günü onun yanına gəlib, suallarını verən, problemlərindən şikayət edən ya da ona öz ehtiramlarını ifadə edən başqa insanlara cavab vermədiyi kimi ona da heç bir cavab vermədi. Gənc daha da inadlı olmağı qət etdi hər dəfə kimsə Müdrikdən nəsə soruşanda o öz vacib sualını yenidən təkrarlayırdı. Amma Müdrik elə əvvəlki kimi susurdu.
            Elə oldu ki, axşama yaxın, ağır yükü olan yoxsul bir kəndli, lotos vəziyyətində oturmuş Müdrikə yaxınlaşıb yaxın şəhərə çatmaq üçün hansı yolla getmək lazım olduğunu soruşdu. Müdrik tez yerindən qalxdı, kəndlinin yükünü üstünə atıb onu yola çıxartdı, istiqaməti göstərdi və şəhərə necə çatmaq lazım olduğunu ətraflı izah etdi. Sonra qayıtdı və yenidən meditasiyada oturdu. Baş verən hadisə gənci elə təəccübləndirmişdi ki, Müdriki ümidsizcəsinə sorğu-sual etməyə başladı: “Axı bu necə ola bilər? Nə üçün siz o insanın dünyəvi sualına cavab verib ona o qədər vaxt ayırdınız, amma mən bütün günü Ruhun xilası barədə daha vacib sual verirəm və siz mənə heç bir cavab vermədiniz?”
            Müdrik qalxdı və ona çaya tərəf arxasınca gəlməyi işarə etdi. O suya girdi. Gənc könülsüz olaraq onun dalıncan getdi, hərçənd ki, su soyuq, külək isə çox şiddətli idi. Müdrik kifayət qədər dərində girdi. O gəncə tərəf döndü və gözlənilmədən onun çiyinlərindən yapışdı. Sonra tez bir zamanda oğlanı başı aşağı suya saldı, və heç baxmadı ki, sonuncu ümidsizcəsinə onun bərk tutmuş əllərindən qurtulmağa çalışırdı. Nəhayət ki, Müdrik oğlanı buraxdı və o tələsik üzə çıxaraq acgözcəsinə nəfəs almağa başladı və havadan doya bilmirdi. Müdrik isə sakitcə soruşdu: “Sən suyun altında olduğu vaxt, həyatda ən çox istədiyin nə idi?” O isə tərəddüd etmədən dedi: “Havanı! Ancaq havanı istəyirdim!” Müdrik dəqiqləşdirdi: “Ancaq elə havanı? Bəlkə o vaxtı onun əvəzinə var-dövlət, şöhrət, ləzzətlər, insanların arasında mənfəətin, onların üzərində hakimiyyətin olmasını istəyirdin?” Gənc qışqırdı: “Nə? Mən ancaq havanı istəyirdim və ancaq hava barədə düşünürdüm! Onsus mən öləcəkdim!” Müdrik razı halda başını tərpətdi və ona cavab verdi: “Demək, Müdrik olmaq üçün, sən, Ruhun xilas olmasını, həyatın xilas olması üçün havanı arzulayan qədər arzulamalısan! Bu sənin həyatda uğrunda döyüşəcəyin yeganə məqsədin olmalıdır. Gecə də gündüz də sən yeganə buna cat atmalısan. Əgər sən, Ruhun xilası üçün üzərində, suyun altında olub həyatın uğrunda döyüşdüyün təki səylə çalışsan  mütləq Müdrik olub Xilas olacaqsan”. Bu sözləri deyib o sudan çıxmağa başladı, Müdrikin sözlərindən gözləri açılmış gənc isə nə soyuğu nə də şiddətli küləyi sezmədən suda qalırdı. Müdrik isə sahilə qədər çıxaraq geri döndü və dedi: “Üstündə yükü olan o insana isə mən yalnız ona görə kömək etdim ki, o bu gün hamının içində həqiqətən də istədiyini axtaran tək bir nəfər idi”.

Anastasiya Novıx. «AllatRa» kitabından. 
AllatRa kitabı ilə bu linkə daxil olub tanış ola bilərsizinz: 
https://allatra.tv/book/anastasia-novykh-allatra

0 şərh