Nə çox geri getmisiniz...

Bir vaxtlar Polşanın ən məşhur pianoçu və bəstəkarı olmuş şəxs. Həm də Şopenin bəstələrinin dünyada ən yaxşı ifaçılarından biri.

Sonra diplomat olur. Siyasətə atılır və Polşanın baş naziri seçilir. Bir gün baş nazir kimi Fransada səfərdə olarkən Paris universitetinin musiqi fakültəsində oxuyan bir gənc yanına gəlib:

— Siz o məşhur pianoçu, bəstəkar Paderevski deyilsinizmi? — deyə soruşur.
Paderevski cavab verir:
— Bəli, o mənəm.
— Bəs indi?
— İndi də Polşanın baş naziriyəm.
Gənc kinayə ilə:
— Eləmi? Təəssüf… Nə çox geri getmisiniz… — deyir.

Paderevski o gəncin sözlərini ömrü boyu özünə dərd edir. Bir gün xalqın qarşısında çıxışı zamanı bunları deyir:

— Pianonun dillərini idarə etmək xalqı idarə etməkdən daha çətin imiş. Baş nazir olanda çay olmayan yerə belə körpü tikəcəyinizi vəd edirsən, xalq buna inanır. Xalqı aldadaraq dövləti idarə edə bilirsən. Amma 7 oktavalı bir pianoda Fa dilinə basaraq Do kimi qəbul etdirə bilməzsən.

Notlar sizi gerçəyə, yalnız, gerçəyə, riyazi ölçüyə, nizama, harmoniyaya, melodiyaya doğru — o səsi verə bilmək üçün doğru dilə basmağa məcbur edir. Musiqi sizi yalandan, saxtalıqdan uzaqlaşdırır…

0 şərh