Dostluq

Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin yanına gəlir və deyir:
- Komandir icazə verin gedim dostumu gətirim.
- Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma!
Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: - Yaxşi, get. Necə olursa əsgər yaralanmiş dostunu yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu ölür. Komandir əsgərə deyir:
- Sənə dəyməz demişdim.Dostun sonda öldü, öz həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna?
- Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ ölməmişdi.Onun son sözləri mənim üçün dünyaya dəyərdi.
"Son sözü nə oldu?"-deyə komandir soruşur. Əsgər isə hıcqıraraq dostunun son sözlərini təkrarladı.
- MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM....
 

2 şərh

r9perviz
Çox ibrətamiz hekayədi. Bunu əvvəllər oxumuşdum və son cümləni oxuyan kimi, gözlərim dolmuşdu. Bu gün də hekayənin sonun bilsəm də, sona qədər oxudum və ilk dəfə oxuyanda keçirdiyim hissləri bu gün də yaşadım.
gypsyyy
Allah heç kəsə yalnız ölüm qismət etməsin