Hər şeyin doğrusunu Allah bilir

Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua etməyə başlayır:
-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın.
yaxşılıq yoxdurKişi səhərə kimi duaların əskik etmədi.Bir neçə müddətdən sonra onun yolu yenə çayın kənarından düşür.Çayda yenə də uşaqların olduğunu görür.Lakin bu dəfə onlar heç də şən deyildilər,onlar ağlayıb,kömək istəyirdilər.Kişi tez uşaqlara kömək etməyə yaxınlaşır,bu zaman gördükləri onu heyrətə gətirir.
Bir zaman kənarda oturan şikəst uşaq artıq sağalmış və şüşə qırıntılarını uşaqların çimdiyi çayın dibinə tökmüşdü.Uşaqlar həmişəki kimi çimməyə gələrkən bu şüşələr əl-ayaqların kəsmişdi,xəstəlikdən sağalan uşaq isə etdiyi əməllərdən zövq alaraq,kənardan baxıb,gülürdü.

Hər şeyin doğrusunu Allah bilir.Biz insanlar dua edərkən:niyə mənim duam qəbul olunmadı? deməyək.XEYİRLİSİ OLSUN İNŞALLAH.
 

22 şərh

2ral
Müsəlmana yaxşlıq yoxdurGülümsəyir
Bu hekayədən əvvəllər çox xoşum gəlirdi.
Cavid
2ral, sən o uşağın müsalman olub olmamasını hardan bilirsən,)
Rene
Elə onu denən…
Fianda
uşaq müsəlman olsaydı bu hərəkəti eləməzdi.çünki,onun hərəkətləri dinimizə ziddir.
bahar

Bu hadisə olmuş hadisədir və müsəlmana aiddir.
Biz hamımız dinimizə zidd olan hərəkətlərə yol veririk.Bu o demək deyil ki.biz müsəlman deyilik.

Fianda
müsəlmanıq,düzdü.bu hadisə də müsəlman ölkəsində olub.amma dinə zidd hərəkətlər edib.tövbə olunmursa.davam ediriksə,çox da deyək ki.müsəlmanam.adımız müsəlman gedir,əslindəsə bu din bizi qəbul etmir.buna aid bir hədis var,inşallah hazırlayıb.mətn kimi yazaram.oxusaz məni anlayarsız.
Yucin
Hə deyirəm sənin yazılarına şərh vermiyim amma olmur. Sən yaman müsəlmanlara zidd danışırsan. Həmişə sənin şərhlərində bunu görürəm. Özün savadlı adama oxşayırsan, hərdən Quranı aç oxu. Əgər oxuyub yenədə öz bildiklərini deyirsənsə deməli Allah sənin qəlbini möhürləyib.
Fianda
əksinə,mən müsəlmanlığın tərəfdarıyam.deyəsən sən yazılarımı düzgün anlamamısan.
Yucin
Mən bunu sənə yazmamışam Turala yazmışam. Düz başa düşməmisən.
Rene

Bunun müsəlmançılıqla, İslamla əlaqəsi yoxdur! Həqiqi müsəlmanın xüsusiyyətləri haqqında məlumatınız olsaydı belə deməzdiniz.

bahar
Dua edərkən həmişə deyirik ki,Allah bütün niyyətləri qəbul etsin.Lakin bu səhvdir.Çünki bütün niyyətlər yaxşı olmur.
Allah bütün xoş niyyətləri qəbul etsin.Amin!!!
seyran
bu hedis onu demek isteyir ki Allahin iwine qariwmaq olmaz ozu bilen meslehetdir.
Rashad
Herkese salam.Hekaye xowuma geldi.Heyat cox qeribedi.Bu hekayedede bu bir daha subut olunur....Bu mene bilirsiz neyi xatirlatdi:Biri birine pislik edir,amma o evezinde olaraq ona hemiwe yaxwiliq edir.Hemin insandan soruwurlar axi o sene pislik edir sen niye ona yaxwiliq edirsen.O cavab verir:O pisliyinden qalmirsa,men niye yaxwiligimdan qalmaliyam!
Cavid
Çox sağ ol Rəşad, ancaq Azərbaycan hərfləri ilə yaz pls.
Rashad
OK.Çalışaram Cavid.
hellshan
Bir şeyi başa salmaq üçün hekayə filan uydurarlar da amma bu qədər də mənasız bir hekayə oxumamışdım indiyənə qədər. Yəni digər tərəfdən baxsaq belə çıxır ki dünyadakı bütün əlillər xəstə adamlar, hər gün ölən minlərlə insanlar buna layiq olduqları üçün belə olur?! Ağıl var məntiq var insanda, bu cür ədalətsizliyə belə haqq qazandırmaq olmaz! Adətən bu tip hekayələri ac səfalət içində yaşayan camaatın başını aldatmaq üçün uydururlar. Azərbaycan üçün tam yerinə düşür amma belə davam et!
Fianda
elə xəstələr var ki.öz səhvləri ucbatından xəstədir,kimisi bisavad həkimlərin,kimisi təbiətin.anadangəlmə xəstə doğulanlar da var,elə mənim anam da xəstədir. Bu o demək deyil ki,onlar pisdi,əsla yox.hekayəni yanlış anlamayın.hekayənin məzmunu ondan ibarətdir ki,Hər şeyi bilən Allahdı.Allahdan şəfa diləyək hərkəs üçün.Hansı duanı qəbul edib,etməyəcəyini isə Allah bilir,təbii ki.xeyirlisi olsun.Amin.
RAUL088
bunu hanisisa peyberin ehvaliti oldugunu bilirdim tşk
soni_memmedzade
Allahım nə edərsə gözəl edər