Qaranquş

Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış,  tüklərini qabartmış, gözəl dayandığına əmin olduqdan sonra, kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq..... tıq. .....Tık....

Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş.. Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!

Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərinbir nəfəs almış şirin dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini  soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Lütfən pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq.

Adam birdən partlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, ala bilməm, demiş.

Sən bir quşsan! Heç quş, insana aşiq olarmı?

Qaranquş çox pis olmuş. Başını önünə əymiş. Amma vaz keçməmiş, bir müddət sonra təkrar pəncərəyə gəlmiş, gülümsəyərək bir dəfə də şansını sınamış: Adam, adam! Haydı aç artıq bu pəncərəni. Al məni içəri! Mən sənə dost olaram. Heç canını sıxmam!

Adam qərarlı, adam israrlı: Yox ,yox mən səni içəri ala bilməm demiş. Bir az da kobudmuş, sözü qısa kəsmiş. İşim gücüm var, get başımdan. Aradan bir zaman keçmiş, qaranquş son dəfə adamın pəncərəsinə gəlmiş: Bax soyuqlar da başladı, üşüyürəm çöldə. Aç bu pəncərəni al məni içəri. Yoxsa, isti yerlərə köç etmək məcburiyyətində qalaram. Çünki mən ancaq istidə yaşayaram. Peşman olmazsan, səni sevindirərəm

Birlikdə yemək yeyərik, bax həm də sən də təksən' təkliyini paylaşaram, demiş. BƏZİLƏRİ GERÇƏKLƏRİ DUYMAĞI SEVMƏZMİŞ !     Adam bu təklik məsələsinə incimiş. Çox  əsəbiləşmiş: Mən təkliyimdən məmnunum, demiş. Quşdan onu rahat buraxmasını istəmiş. Qovmuş.

 

Qaranquş , son sınağından da müvəffəqiyyətsizliklə çıxınca, başını önünə əymiş, çəkib getmiş. Yenə aradan zaman keçmiş. Adam, əvvəl düşünmüş, sonra öz-özünə etiraf etmiş: Hay mənim ağılsız başım; demiş. Nə qədər axmaqlıq etdim! Gözlənilməz bir anda qarşıma çıxan bir dostluq fürsətini təpdim. Niyə onun təklifini qəbul etmədim ki? İndi belə təkcə oturacağam , kefli vaxt keçirərdik birlikdə.

Peşman olmuş olmasına amma iş işdən keçmiş. Yenə də öz özünü rahatlaşdırmağı laqeyd yanaşmamış: İstilər başlayınca, kırlangıcım necə olsa yenə gəlir. Mən də onu içəri götürər, xoşbəxt bir həyat sürərəm.

Və çox uzunca bir müddət, istilərin gəlməsini gözləmiş. Gözü yollardaymış. Yaz gəlmiş, başqa qaranquşlar gəlmiş. Amma...... Onunki heç görünməmiş. Yazın sonuna qədər pəncərəsi açıq gözləmiş amma boşuna. Qaranquş yoxmuş! Gələn başqa qaranquşlara soruşmuş amma görən olmamış. Sonunda məsləhətləşmək və məlumat almaq üçün bir müdrik adama getmiş. Olanları izah etmiş. Müdrik adam gözlərini adama tikmiş və demiş ki:

"QARANQUŞLARIN ÖMÜRÜ 6 AYDIR...."

HƏYATDA BƏZİ FÜRSƏTLƏR VARDIR, YALNIZ BİR DƏFƏ ƏLİNİZƏ KEÇƏR VƏ QİYMƏTLƏNDİRMƏSƏNİZ UÇUB GEDƏR!

HƏYATDA BƏZİ İNSANLAR VARDIR, YALNIZ BİR DƏFƏ QARŞINIZA ÇIXAR; DƏYƏRİNİ BİLMƏSƏNİZ QAÇIB GEDƏRLƏR  VƏ ƏSLA GERİ DÖNMƏZLƏR!

4 şərh

Xrizoberil
qush bu deyildi!!! :(
elshad

bəzi yerlərdə kalibridir. amma əslində qaranquşdur.qaranquş köç edən quşdur kalibri isə yox .

lyara

gozlerim yawardi qaranquwu cox sevirem

elshad
sil göz yaşlarını üzülmə .)