Dostluq

Bir gün padşah öz saray əhli ilə ovdan qayıdanda, çay kənarında bir adam görür. Adam oturub boş aş süzəni suya salır, çıxardır, aş süzəndəki su süzülür və yenə eyni ilə təkrar edir. Hadisə padşaha çox maraqlı gəlir. Vəziri göndərib adamı yanına çağırtdırıb ondan niyə belə etdiyini soruşur. Adam deyir, aş süzən mənim həyatımdır, süzülən su isə həyatımdan gəlib keçən dostlarımdır. Kimi ölüb, kimi vəfasız çıxıb kimi də dostluğunu davam etdirə bilməyib. Padşah adamdan dostluqda bu qədərmi vəfalı olduğunu soruşanda adam cavab verir, bəli mən vəfalıyam. Padşah adama dostluq təklif edir. Adam padşahın dostluğunu qəbul edib onunla saraya gedir. Belə illər keçir və dostluq günü-gündən möhkəmlənir.

Günlərin bir günü səfər ərəfəsində padşah dostuna, mən səfərə çıx bilmədiyimdən ailəm sənə əmanət deyir. Dostu tərəddüd etsə də, padşahın sözünü yerə salmır. Amma ondan bir gün möhlət istəyib gedir. Səhəri gün padşaha bir sandıqça verib, mən səndən istəməyincə bu sandıqçanı açma deyib səfərə çıxır. Bir müddət yol getdikdən sonra istirahət üçün çadırlar qurulur. Padşahın arvadı həmən bu adamı öz çadırına çağırıb onunla yaxınlıq etməsini istəyir. Adam təbii ki, bunu edə bilməyəcəyini və onun əri ilə möhkəm dostluğu olduğunu söyləyincə, arvad üst-başını cırıb hay-həşir salır. Hər kəs gəlib adamı çadırda görüb vəziyyətin nə yerdə olduğunu anlayırlar. Adamı tutub padşahın sarayına gətirirlər. Arvad və hadisə yerində olanlar dostun öz dostunun zövcəsinə təcavüz etdiyinə şahidlik edirlər.

Edam zamanı, padşah adamdan budumu sənin dostluğun soruşunca adam mən heç vaxt dostluğumuza xəyanət etməmişəm deyir. Amma bütün sübutlar adamın əleyhinə olur. Adama son söz demək imkanı verəndə, padşahdan səfərə getməzdən öncə verdiyi sandıqçanı gətirməsini xahiş edir. Sandıqçanı gətirirlər və dost dostundan sandıqçanı açmasını xahiş edir. Padşah sandıqçanı açır və dostunun özünü axtaladığını görür.

Bax:
Dost psixologiyası

1 şərh