Dayanın...

Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir.

“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi)

" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim.
… Nə üçün bizim ailədə belə hadisələr olurdu, mən bunu başa düşə bilmirdim… Bəlkə onların özləri də bu sualın cavabını bilmirdilər. Mənim atam ali təhsilli, alicənab insan idi və həmçinin narkotiklər… Anam gözəl, savadlı müəllimə və bütün bunlara dözürdü… Niyə? Çünki o onun övladının atası idi,  onların ailəsində ayrılmaq düzgün qəbul olunmurdu...
Anam mənim üçün, atam üçün, ailəsini qorumaq üçün daim mübarizə aparırdı. Amma görünür ki, narkotiklər ondan da güclü idilər. Zamanla narkotiklər atamın həyatının mənasına çevrilməyə başladı. Nə qədər ki, atam narkotikdən sonra “ çox-çox yüksəklərə qalxırdı”, anam bir o qədər də gündən günə alçalırdı. Belə günlərdə onlar nə bir-birlərindən, nə də məndən utanırdılar. Qışqırır, bir-birlərini təhqir edirdilər, hətta elə yüksəkdən qışqırırdılar ki, mən nə qədər də qulaqlarımı bərk-bərk bağlasam, başqa otağa keçsəm də yenə də onların səsini eşidirdim. Hərdən barışıq olurdu. Qohumlar yığılır, atamı tənbeh edirdilər. Atam isə başını aşağı salıb onlara qulaq asırdı, belə anlarda mənim ona çox yazığım gəlirdi… Mən ona yaxınlaşar, əlini tumarlayardım, o isə məni qucaqlayardı.
Qohumların gəlişindən sonra bir müddət hər şey qaydasına düşərdi. Atam mənə balaca maşınlar düzəldərdi, anam qəşəng geyinər, saçını düzəldər və biz gəzməyə gedərdik. Lakin bu o qədər də uzun çəkməzdi. Müəyyən zamandan sonra hər şey yenidən başlanırdı. Evimizdə yenə dəhşət dolu qara günlər başlayırdı. Mən çalışırdım ki, atamın gəlişinə qədər tez yatım, başımı yastığın altına salardım ki, heç nə eşitməyim. Mən çox tənha idim, heç kim məni anlamaq istəmirdi. Mən onlara qarşı olan hislərimi ifadə edə bilmirdim və bu da mənə əziyyət verirdi. Sadəcə olaraq mən çox balaca idim. Qaranlıq otaqda çarpayımda uzanaraq mən həm atamın yolunu gözləyirdim, həm də onun gəlməməsini istəyirdim. Onu dayandıracaq sehrli sözləri tapmağa çalışırdım. O yastığın altında mən çox göz yaşları tökmüşdüm, mənim yeganə dostum o idi.
Mənə elə gəlirdi ki, valideynlərim məni tamam unudublar, onların başları özlərinə, öz problemlərinə o qədər qarışmışdı ki, mənim varlığımı unutmuşdular. Hər halda mən belə düşünürdüm. Və mən onlardan intiqam almaq qərarına gəldim. Bəs kiçik, kimsəsiz bir insanın belə səhnələrlə qarşılaşması, belə əziyyət çəkməsi ədalətdənmidir? Mən tamamilə getmək qərarına gəldim, yəni ölmək. Mənim artıq 7 yaşım var idi və həyat, ölüm haqqında çox az da olsa anlayışım var idi.
Mən güclü olmaq qərarına gəldim, artıq ağlamayacaqdım. Axşamlar atamın gəlməsinə yaxın mən gözlərimi bərk-bərk bağlayır və nəfəs almamağa çalışırdım. Belə hallarda mənim ürəyim çox zəif döyünürdü. Bir gün mən yenə də nəfəs almamağa çalışanda birdən ürəyimin döyüntüsü yavaş-yavaş azalmağa başladı. Mən çox qorxdum və bütün gücümü toplayıb: “Ana, ana” deyə qışqırdım. Sonra isə heç nə xatırlamıram...
Mən ayılanda ilk olaraq valideynlərimi gördüm, onlar çox yorğun görünürdülər, günlərlə mənim yanımdan heç yerə ayrılmayıblar. Mənim vəziyyətim onlara pis təsir edib, onlara əziyyət verib, incidib.
O zamandan artıq 5 il keçib. Mənim 12 yaşım var, 7-ci sinifdə oxuyuram. Hər axşam atam mənə maşınlar düzəldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, rəsmlər çəkirik. Hər istirahət günü isə anam, atam və mən gəzməyə gedirik.

Mən sevilirəm və bundan da xoşbəxtəm..."

Tərcümə: Rzayeva Nailə

Həmçinin bax: Narkotiklər uçuruma aparır

7 şərh

Arzt
Hər axşam atam mənə maşınlar düzəldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, rəsmlər çəkirik. Hər istirahət günü isə anam, atam və mən gəzməyə gedirik.
Bu hər zaman edilməlidir.Valideynlər hərdən ailənin digər vacib olan məsələlərini həll etməklə məşğul olduqda övladlarına vaxt ayırmaq mümkün olmur ya da bunu əsas saymırlar.Amma inanın uşaqların həyatında kiçik yaşlardan valideyn nəvazişinin nə demək olduğunu və ya nə qədər əsas olduğunu nəzərə almaq lazımdır.Bu hal uşaqların da normal və sağlam şəkildə böyüməsinə təsir edir.
Çox maraqlı, eləcə də aktual məsələyə toxunmusunuz.
fidan
Ay da,az qala ağlayacaqdım,yaxşı ki,axırı yaxşı qurtardı))
Bu yazını bütün narkomanlara oxutmaq lazımdır. Çox təsirli yazıdır. Mən uşaqları çox sevirəm,ona görə də,uşaqların dilinən yazılan bu topik çox təsir etdi. Kayzendə ən sentimental yazı…
2ral
Çalışın şəkillərə təsvir yerini doldurun. Bəlkə kimdəsə şəkil söndürülüb brauzerdə yaxud mobil telefondan girir?həm də şəkilin üzərinə siçanı gətirəndə yazı görmək xoş təsir bağışlayır adama.
Yazı emosional gücü ilə seçilir.
Qozetta
Daha öncə oxuduğum bir kitabı xatırlatdı bu yazı mənə.(«Görünməyən izlər» Elxan Elatlı) O kitabda da narkomaniyanın bir ailəni nece dağıtdığına dair hissə var.
Çox maraqlı məqalə idi.Təşəkkür edirəm
Rene
Hər aiələdə də belə müsbət sonluq olmur çox təəssüf ki… Bəlkə də narkotiki, içkini tərgitmək pis vərdişləri, xasiyyəti dəyişməkdən daha asandır, ona görə…
Unknown
Reala hec de uygun olmuyan bir hekayedir deyerdim men + bir qeder qarmaqarishiqliq sezdim
Ramil
İbrətamiz hekayədir. Burada xeyir qalib gəlib! Əhsən! Kaş bütün acı sonluqlar bax belə bitsin.