Ana ürəyi

Bir cavan oğlan daşürəkli bir qızı sevmiş və onunla evlənmək istəmişdi. Ancaq qız, qorxunc bir şərt irəli sürərək:
Sənin sevgini ölçmək istəyirəm, dedi. Bunun üçün də itimə yedirmək üzrə mənə ananın ürəyini gətirəcəksən.
Cavan, tüklər ürpərdən bu təklif qarşısında nə edəcəyini çaşmış və uzun bir tərəddüddən sonra hisslərinə məğlub olub anasını öldürməyə qərar vermişdi. Anası, bəlkə də vəziyyəti fərq etdiyi üçün oğuluna çox müqavimət göstərmədi. Və uşaq, anasını öldürərək ürəyini bir dəsmala qoydu. Cavan, qızın istəyini yerinə yetirmiş olmanın həyəcanıyla yolda qaçarkən, ayağı bir daşa ilişdi. Özü bir tərəfə, dəsmal içindəki ürək bir tərəfə atıldı. Canının ağrısından, ağızından istər istəməz" Ah anacığım! "sözleri töküldüyündə anasının tozlara bulanan və hələ soyumamış olan ürəyindən bir səs yüksəldi:
-Canım balam, bir yerin ağrıdımı?

Həmçinin bax: Əməliyyat stolunda möcüzə
ürək dözməz buna

8 şərh

Yucin
çox təsirlidir.
burla xatun
Oğul demək olmaz buna.Nankor insan
Yucin
bağışla +yerinə -oldu. üzr istəyirəm.
bahar
Eybi yoxdu,səhvinizi mən düzəldərəm
bahar

Anasının ürəyini itə yedirdən oğula cəhənnəm də azdı.

ferid1001
belə bir muğam da olmalıdı səhv etmirəmsə, çox təsirlidi.
Vaqif
Oğraş. Başqa söz demək olmur buna.
ayxansevda
nə olardı o qızı alardı, ele onun tayıdır. bir birinə tay. belə istəyi olan qızı beləsi sevər.