Bir uşağın Namaz qılma əhvalatı

Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.
Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.
Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Anası Kərəm üçün mətbəxlə salon arasında var-gəl edərkən mövzu dəyişmişdi. O da onların yanına oturub söhbətin gözəlliyinə qapılaraq çayını içməyə başladı.
«Ana, sənin yerinə mən namaza başlayacağam»
Tam bu sırada mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi. Təlaşla mətbəxə qaçdı Türkan xanım. Indi də qorxuyla arxasından getdilər. Oğlu bir kürsü qoyaraq tualetə çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi. Kürsü aşmış yerdə olanda da, oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək:
«Istəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin» deyə təlaşla qışqırdı.
Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki belə demişdi uşağı:
«Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım. „
O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı.

 

 
 

6 şərh

ağıllı

4 yaşa görə düşüncəli uşaqdı.

ayxansevda
Allah hidayət versin. namaz qılmaq şərt deyil, qəbulu əsasdır. onunçün vaxtında qılmaq, qəzaya buraxmamaq, dürüst qılmaq yəni ürəklə qılmaq lazımdı. Hər kəsin namazı qəbul olsun, İnşallah.
bankir
Uşaq çox ağıllıdır. Belə uşaqla hər ana fəxr etməlidir
Xrizoberil
Çox təsirli idi.Təşəkkürlər
Ad_Familiya
kaş ki Türkanın anası kimi mənə də uşag vaxtından namaz qılmag öyrədilərdi..övladının gələcəyini düşünən valideyn ilk öncə onun axirətini düşünməlidir. Çünki bu dünyada hər çətin anında yanına qaçan ana-ata bunu edə bilməyəcəyi ZAMANI da düşünməlidir...