Müəllim və tələbə

Bir həftə idi ki, anası bərk naxoşlamışdı. Son üç gün isə, ümumiyyətlə, qızdırması düşmürdü. Bütün günü anasına qulluq edir, gecələr də yanından çəkilmirdi. İmtahana elə bu səbəbdən hazırlaşa bilməmişdi. Stress, gərginlik, anasının xəstəliyi onu bərk sarsıtmışdı, fikrini toplamağa mane olurdu. Bu gün isə imtahan günü idi.Dostuna:

— Mən hazır deyiləm.

— Nə danışırsan, neyləyəcəksən?

— Bilmirəm.

Adı çəkiləndə ürəyi tez-tez döyünməyə başladı. Nə edəcəkdi, müəlliminin gözünə baxmağa utanırdı. Nə cavab verəcək, «anam xəstə idi» desə, bu bəhanə kimi səslənməyəcəkdi ki? Belə vəziyyət onun üçün yad idi. Həmişə birinci olub, istər məktəbdə, istər universitetdə. Hamının sevimlisi, nümunəvi olmaq, hər kəsin hörmət dolu baxışlarına yaman öyrəşmişdi, xüsusən də müəllimlərinin. Bəs bu gün? Bu onun üçün cəhənnəm əzabı idi. Müəlliminin səsi onu fikirlərindən ayırdı:

— Bilet çək!

O, fikiri — fikirli bilet çəkdi. Təbii ki, onun vəziyyəti müəlliminin gözündən yayına bilməzdi. Sadəcə üz vurmadı. Biletə baxdı. Bir dənə də olsun sualın cavabını əla bilmirdi. Olsa — olsa «kafi» ala bilərdi. Bu isə gələcəkdə fərqlənmə diplomu arzusunun üstündən xətt çəkmək demək idi. Gözləri dolmuşdu. güclə özünü ələ aldı.

— Mən hazır deyiləm.

Müəllim gülümsədi, mənalı baxışlarla:

— Bunun əsaslı səbəbi olar yəqin?

O, susurdu. Başını aşağı saldı. Müəllim qiymət kitabçasına nəsə yazırdı. Bu anın tez bitməsini istəyirdi. Bircə qiymət kitabçasını alıb, auditoriyanı tərk edə bilsəydi. Müəllimin səsi sükutu pozdu:

— Oxuyarsan.

Onun gözləri dolmuşdu.

— Mən gedə bilərəm?

— Gedə bilərsən.

Axır ki, otaqdan çıxmışdı. Dərindən nəfəs aldı. Son günlər çox ağır keçmişdi. Qiymət kitabçasını açdı. Gözlərinə inana bilmədi. "Əla"? Bu ola bilməz. Demək müəllimi semestr boyu mühazirələrdə onun fəallığını, istedadlı gənc olduğunu nəzərindən qaçırmamışdı. Bu hadisə ona böyük dərs oldu. Bildi ki, əziyyət heç vaxt yerdə qalmır.

P.S Belə müəllimləri qoyub, tələbələrinə " öküz", «qoyun» -deyə müraciət edən müəllimlərdən danışılmasına dözə bilməzdim.

Müəllif: Zeynalova Vüsalə.M

 

Müəllimlik sahəsində iş elanları

6 şərh

elcan301
bu menimde basima gelib  amma bu cur yox…
Fianda
Belə başadüşən müəllimlərə can qurban.
Cavid
İndiki zəmanədə belə bir hadisənin yaşanması biraz çətin məsələdir və inanmaq da çətindir. Amma hələdə insaflı müəllimlərə rast gəlmək olar. Bir şey yadıma düşdü, o vaxtlar müəllim dərs soruşanda kim dərsi oxumayanda «müəllim olar gələn dəfə danışım» deyərdi və bu gələn dəfələr də heç vaxt bitməzdi)
BaKiNeC
Beli heqiqeten bele werefli ve vicdanli Muellimler var,wexsen mene ele Muellimlerden 2-3 ders deyib.Gunun bu gune kimi Bayramlar oz yerinde sozsuz.adi ara gunlerde de zenglewib hal-ehval tuturam.goruwuremde herden.Muellim insanin gelecek heyatinin formalawmasinda cox boyuk muhum rol oynayir.ALLAH bele Muellimleri bizlere cox gormesin.AMIN
nimi

omrumun 17 ilini tehsil almisham! Zehmet chekenin zehmetinin heder getmesinin shahidi hele olmamisham!

ayxansevda
doğrudur tam razıyam